SON DƏQİQƏ

Jurnalistlərin qarşısında uzanıb qan vermək mənasız təbliğat, ucuz populizmdən başqa bir şey deyil

Tarix:9-09-2019, 23:40

“İndi təşkil etdikləri qanvermə tamaşasını bizə nümunə kimi təqdim edənlər bilməlidir ki, millətin illərlə içilmiş qanının əvəzini kameralar qarşısında uzanıb verilən 100 qram qanla ödəmək mümkün deyil.”

Sonxeberler.info Basta-ya istinadən xəbər verir ki, Bu sözləri Müsavat başqanı Arif Hacılı özünün facebook səhifəsində yazıb.

Xüsusi dəvət olunmuş jurnalistlərin qarşısında uzanıb qan vermək, bununla öyünmək, bunu siz niyə etmirsiz demək, mənasız təbliğat, ucuz populizmdən başqa bir şey deyil.

Dövlətin rəhbərliyində olanda, düşmənlə üz-üzə döyüşlərdə iştirak etmişik. Əskərlərlə birgə səngərə girmişik. Şəklimizi də çəkməyə icazə verməmişik ki, buraya özümüzü təbliğ etməyə yox, vətən torpağını qorumağa gəlmişik.

İndi təşkil etdikləri qanvermə tamaşasını bizə nümunə kimi təqdim edənlər bilməlidir ki, millətin illərlə içilmiş qanının əvəzini kameralar qarşısında uzanıb verilən 100 qram qanla ödəmək mümkün deyil.


Sonxeberler.infoскачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN