SON DƏQİQƏ

“Ölkə başçısının səhhəti haqda cəmiyyətə məlumat verilməlidir!” – Müsavatdan tələb

Tarix:2-09-2019, 22:58

Sonxeberler.info basta-ya istinadən xəbər verir ki,Bu gün Müsavat Partiyası Divanının iclası keçirilib.

Gündəliyin partiyadaxili məsələlər bölümündə qurultaya nümayəndələrin seçilməsi üzrə rayon təşkilatlarında keçirilmiş və keçirilməli olan toplantılar haqqında məlumat verilib.

Qurultaya hazırlıq işlərinə aid digər məsələlər müzakirə edilib. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı ötən həftə görülən işlər haqqında məlumat verib. Partiya üzvlərinin Ağdam, Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının işğalı ilə bağlı təşkil edilən anım tədbirlərində iştirakı yüksək qiymətləndirilib və təşəkkür elan edilib.

Başqan Arif Hacılı Müsavat Partiyası nümayəndələrinin 30 avqust Zəfər Bayramı ilə əlaqədar Türkiyə səfirliyində təşkil edilmiş tədbirdə iştirakları barədə məlumat verib.

Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə ölkədə və dünyada gedən siyasi proseslər və hadisələr haqqında müzakirə aparılıb. Ölkə başçısı İlham Əliyevin sağlıq durumu və bu səbəbdən işə çıxmaması haqqında cəmiyyətdəki müzakirələrlə bağlı da fikir mübadiləsi aparılıb. Müsavat Partiyası hesab edir ki, ölkə başçısının səhhətinin və əmək qabiliyyətinin durumu onun şəxsi işi deyil və hakimiyyət bu barədə cəmiyyətə dəqiq və aydın məlumat verməlidir.

5 il müddətinə azadlıqdan məhrum edilmiş “Azadlıq” qəzetinin jurnalisti Seymur Həzinin və Müsavat Gənclər Təşkilatının sədri Elman Quliyevin 30 günlük inzibati həbsdən sonra azadlığa çıxması qeyd edilib.

Bu günlərdə Bakı Dövlət Universitetinin 100 yaşının tamam olmasını nəzərə alan Divan, hakimiyyətdən ölkənin bu ali təhsil müəssisəsinə M.Ə.Rəsulzadənin adının qaytarılmasını bir daha tələb edib.

Daha sonra Divan 06.09.2019-cu il tarixdə, saat 15:00-da Müsavat Partiyasının qərargahında ölkədəki demokratik siyasi və ictimai təşkilatların nümayəndələrinin, jurnalistlərin iştirakı ilə “Seçkilər: gerçəklər və perspektivlər” mövzusunda Dəyirmi Masa keçirmək barədə qərar qəbul edib.

Sonxeberler.infoскачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN