Sosial şəbəkədə Qırğız Respublikasının hazırda həbsdə olan keçmiş prezidenti Almazbek Atambayevin cinayət işi üçün çəkilən fotosu yayılıb.
“Report” xəbər verir ki, bunu “Qputnik Kırqızıstan” yayıb.
Qeyd edək ki, avqustun 7-də Almazbek Atambayevin tutulması ilə bağlı Koy-Taş kəndində yerləşən iqamətgahına ölkənin təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən hücum olub. Qarşıdurma nəticəsində azı 52 nəfər yaralanıb, 1 nəfər ölüb.