SON DƏQİQƏ

AXCP üzvünə qarşı cinayət işi açıldı

Tarix:14-05-2018, 09:56

Mirfeyzulla Seyidov Kürdəxanı Təcridxanasına köçürülüb

Mayın 9-da saxlanılan AXCP Xətai rayon təşkilatının məclis üzvü Mirfeyzulla Seyidov barəsində Cinayət Məcəlləsinin külli miqdarda qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234.4.3) maddəsi ilə cinayət işi açılıb.

Bu barədə Meydan TV-yə AXCP üzvünün vəkili Cavad Cavadov danışıb.

O, cinayət işini DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin açdığını bildirib.

Cavad Cavadov hazırda Mirfeyzulla Seyidovun xəstəlik sənədlərini hüquq-mühafizə orqanlarına təqdim etmək üçün hazırlandığını dedi:

“Çalışacam ki, onunla görüşüm. Son məlumat odur ki, artıq Seyidovun Kürdəxanı Təcridxanasına göndərildiyi bildirilir”.

Mayın 10-da isə Nərimanov Rayon Məhkəməsi Mirfeyzulla Seyidov barəsində həbsqətimkan tədbiri seçib.

Cinayət Məcəlləsinə əsasən, M.Seyidova qarşı açılan iş üzrə 5 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN