SON DƏQİQƏ

Fransanın xarici işlər naziri Azərbaycana səfər edəcək

Tarix:14-05-2018, 17:44

Fransanın xarici işlər naziri Jan-İv Lö Drian mayın sonunda Azərbaycana səfər edəcək.

Bunu "Report"un Qərbi Avropa bürosuna müsahibəsində Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri, deputat Pyer Alen Rafan deyib.

Onun sözlərinə görə, Fransanın XİN başçısı səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmilərlə görüşəcək: "Görüşlərdə, əsasən, iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələləri müzakirə olunacaq".

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN