SON DƏQİQƏ

Politoloqlara görə, Rusiya prezidenti ölkəni çətin vəziyyətdən çıxarmaq üçün yollar axtaracaq

Tarix:9-05-2018, 09:51

Politoloqlara görə, Rusiya prezidenti ölkəni çətin vəziyyətdən çıxarmaq  üçün yollar axtaracaq

 

Mayın 7-də Rusiya prezidenti Vladimir Putinin inauqurasiya mərasimi keçirilib. Bununla da martın 18-dəki prezident seçkilərində qalib gələn Putin qarşıdakı 6 il üçün vəzifəsinin icrasına rəsmən başlayıb.

 

Politoloq Əhəd Məmmədli Putinin irəlidəki 6 illik prezidentlik müddətini bu cür dəyərləndirdi: “Rusiya varisi SSRİ-nin yolu ilə gedir. SSRİ inkişafının zirvə nöqtəsinə çatdığından sonra tənəzzülə uğramağa başladı və sonucda dağıldı. Fikrimcə, indiki dövr Rusiyanın inkişafının pik nöqtəsidir. Tarixdən də bildiyiniz kimi, inkişafın pik nöqtəsindən sonra tənəzzül başlayır. Putin, sadəcə, bacardıqca bu prosesi uzadır və əsasən də bunu siyasi nəzər nöqtəsindən edir. İqtisadi, sosial baxımdan isə Rusiya geriyə gedir, sanksiyalar artdıqca bu ölkənin vəziyyəti daha da çətinləşir. Putinin gələcək 6 ili zənnimcə, onun son prezident müddətidir. Bu 6 ildə Rusiyanın Qərblə qarşıdurması davam edəcək və bu qarşıdurma davam etdikcə hər iki tərəf üçün geriyə çəkilmə daha çətin olacaq. Soyuq müharibədə olduğu kimi bu qarşıdurmanın mütləq qalibi və məğlubu olacaq. Çox güman ki, məğlub varisi SSRİ kimi Rusiya olacaq. Putinin növbəti 6 ili dünya və region üçün yenə qarşıdurma və müharibələr vəd edir. Amma Azərbaycan üçün bu 6 il faydalı ola bilər, əgər Rusiya ilə Ermənistan qarşı-qarşıya gəlsə. Məncə, indi də bu yöndə Azərbaycan diplomatiyası işləyib, Putini inandırmağa çalışmalıdır ki, Azərbaycan Ermənistandan Rusiyaya daha yaxın ola bilər.

 

Əhəd Məmmədli ile ilgili görsel sonucu

 

Bunu Azərbaycan hökuməti bacarsa, Qarabağı azad etmək üçün yaxşı imkanlarımız yaranacaq. Putinin səhhətində problemlər olmasa, onun 6 ildə prezident olacağına inanıram. Düzdür, Qərblə qarşıdurma dərinləşsə, sanksiyalar artsa, Putinə asan olmayacaq, amma unutmayaq ki, Rusiyada sabit bir nüvə elektoratı var və bu elektorat sona qədər indiki rejimin arxasında duracaq. Üstəlik, Rusiya üçün ac və imperiya olmaq həmişə tox respublika olmaqdan üstün olub. Mən Rusiyada kardinal dəyişiklikləri post-Putin dövründən sonra gözləyirəm. Və bu dövrün də çox uzaqlarda olmadığı qənaətindəyəm”.

 

Elşən Mustafayev ile ilgili görsel sonucu

 

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev bildirdi ki, Putinin dördüncü dəfə preziden seçilməsi bütövlükdə yeni heç bir şey vəd etmir: “Bundan öncəki prezidentliyi dövründə olmuş fəaliyyətini eynilə davam etdirəcək. Xarici, daxili siyasətində, yaxud postsovet məkanında olan dövlətlərə münasibətdə öncədən müəyyən etdiyi siyasi kursun davam etdirilməsi gözlənilir. Hər hansı sahədə dəyişiklik olacaqsa, bu, xaricdən olan təzyiqlər nəticəsində ola bilər. Məcbur qalmayınca geri addım atmaqdan isə söhbət gedə bilməz. Əgər başqa birisi prezident seçilsəydi, o zaman Rusiyanı nələr gözlədiyi, siyasətində hansı dəyişikliyə gedəcəyi barədə yeni proqnozlar vermək olardı. İndi isə yeni proqnozlara ehtiyac yoxdur. Keçirilmiş nominal bir seçkini nəzərə almasaq hər şey göz önündədir, dəyişən heç nə yoxdur. Qərb və ABŞ tərəfindən seçkidən öncəsi kimi sanksiyalar davam etdiriləcək, yeniləri tətbiq olunacaq. İqtisadiyyatda böhran dərinləşəcək. Rusiyanı dünyanın iqtisadi, siyasi məkanından təcridetmə prosesi davam edəcək. Putin bundan öncəki siyasətindən fərqli siyasət yürütməyəcəyi halda heç bir nəticə əldə etməyəcək və qarşıdurma daha da dərinləşəcək. Gərginlik artdıqca isə hərbi dildə təhdidlər önə çıxır.

 

Bu isə Rusiya dövlətçiliyi üçün ciddi təhlükədir. Təhdidləri həyata keçirməyin Rusiyaya daha çox ziyan vura biləcəyini nəzərə alaraq, Putin vəziyyətdən çıxmaq üçün yollar axtarır. Onun üçün açıq şəkildə nələrisə güzəştə getmək imkansız görünür. Hesab edilir ki, ediləcək güzəştlərdən sonra illər ərzində özü haqqında millətin və dövlətin xilaskarı kimi formalaşdırdığı imicinə zərbə dəyəcək, mövqeləri zəifləyəcək, hakimiyyətdən vaxtından əvvəl getmək təhlükəsi meydana gələcək. Bu isə Putinə həyati dərəcədə böyük təhlükədir. Düşünürəm ki, Putin situasiyanın nə dərəcədə ağır olduğunu, nələrə səbəb ola biləcəyini yaxşı anlayır və müəyyən məsələlərdə güzəştə getmək istəyir. Amma istəmir ki, bu addımı Rusiya daxilində onun məğlubiyyəti və ya geriyə çəkilməsi kimi dəyərləndirilsin, qəbul edilsin. Hazırda ona elə bir model lazımdır ki, güzəştlər etməklə geriyə addımlar atsın və bu addımını da qələbə kimi qələmə versin. Eyni zamanda Qərb dünyası da bu güzəştlərə qane olsun. Rusiyanı konkret məsələlərdə ittiham edən Qərb və ABŞ yerində saymırlar. Putini dünya düzəni üçün təhlükə hesab edərək hakimiyyətdən getməsi yolları üzərində çalışırlar. Bu istiqamətdə bütün üsullar qəbul edilir. Ölkədaxili müxalifətin, narazı elektoratın fəaliyyətlərinin artmasından da istifadə ediləcək. Son vaxtlarda Rusiyada eyni vaxtda müxtəlif regionları əhatə edən etiraz nümayişlərinin keçirilməsini də təsadüfi saymaq olmaz. Buna ölkə daxilindən, xaricdən, hətta hakimiyyət içində olan müəyyən gizli qruplardan dəstəyin olması şübhəsizdir. Lakin nəzərə almaq lazımdır ki, Rusiyada müxalifətin güclənməsi Putinin zəifləməsi yolundan keçir”.

 

 

Sonxeberler.info

 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN