SON DƏQİQƏ

Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammitinin avqustda keçirilməsi planlaşdırılır

Tarix:10-05-2018, 16:05

Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammitinin avqust ayında keçirilməsi planlaşdırılır.

 

Bunu "Report"un sualına cavab olaraq Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.

 

Onun sözlərinə görə, hazırda yüksək ekspertlər səviyyasində mütəmadi müzakirələr aparılır: "Biz istəyirik ki, avqust ayında Astanada keçiriləcək Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti məhsuldar olsun, Xəzər dəniizinin hüquqi statusu ilə bağlı Konvensiya imzalansın".

 

Q.Karasin bildirib ki, sənədin imzalanması Xəzər dənizi regionunda iqtisadi və ekoloji əməkdaşlığın genişləndirilməsinə imkan verəcək, on illər ərzində regionun sabitliyini və inkişafını təmin edəcək.

 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN