SON DƏQİQƏ

Gürcüstan və Azərbaycan birgə sərhəd məntəqəsi yarada bilər

Tarix:4-05-2018, 16:56

Gürcüstan və Azərbaycan “Bir kəmər – bir yol” təşəbbüsü çərçivəsində birgə sərhəd məntəqəsi yaratmağı planlaşdırır.

Trend-in məlumatına görə, bunu Gürcüstanın maliyyə naziri Mamuka Baxtadze Asiya İnkişaf Bankının Direktorlar Şurasının iclası zamanı deyib.

O bildirib ki, Gürcüstan Asiya İnkişaf bankının maneəsiz ticarət təşəbbüsünü tam dəstəkləyir:

“Məhz bu baxımdan da biz Azərbaycanla ilk birgə sərhəd məntəqəsinin tikintisinin mümkünlüyünü nəzərdən keçiririk”.

Qeyd edək ki, Çin 2013-cü ildə tarixi İpək yolunun inkişafını nəzərdə tutan "“Bir kəmər – bir yol”" təşəbbüsünü irəli sürüb.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN