SON DƏQİQƏ

Gürcüstanla Ermənistan arasında “Dostluq” körpüsü tikilir

Tarix:1-05-2018, 23:02

Gürcüstan və Ermənistan arasında yeni körpünün tikintisinə başlanılıb.

Oxu.az-ın verdiyi xəbərə görə, “Dostluq” adlanan körpü Baqrataşen-Sadaxlı sərhəd qəsəbəsi ərazisində, Debed çayı üzərində qurulacaq.

Bunun üçün Avropa Yenidənqurma və İnkişaf Bankı Gürcüstana 6 milyon avro məbləğində kredit ayırıb.

Kreditin 50%-i Gürcüstana, 50%-i isə Ermənistana veriləcək.

Qeyd edək ki, körpünün tikintisinə dair saziş bu ilin yanvarında Yerevanda imzalanıb.

Bildirilib ki, tikinti İran şirkətləri tərəfindən aparılacaq.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN