SON DƏQİQƏ

Toğrul İsmayıl: “Bakı Suriyaya hava hücumu kimi məzələlərdə aktiv tərəfsizlik göstərməlidir”

Tarix:16-04-2018, 12:23

Bakının Suriyaya hava hücumu məsələsində mövqeyi dəstəkləndi

Amerika, Fransa və İngiltərənin Suriyada uzunmüddətli əməliyyatlara başlaması dünyada gedən prosesləri daha da qəlizləşdirib. Rusiya və İranın bu əməliyyatlara sərt şəkildə reaksiya verməsi, Türkiyənin isə üç dövlətin bu addımına müsbət reaksiyası müzakirələrə yol açıb.

Ekspertlər rəsmi Ankaranın bu mövqeyinin son illərdə yaxın münasibətlərdə olduğu Rusiya və İranla əlaqələrinə sərinli gətirə biləcəyini istisna eləmirlər. Xüsusilə də Suriyadakı vəziyyətin müzakirəsi ilə bağlı Türkiyə-Rusiya-İran arasında yaradılan üçtərəfli formatın bundan sonra bəzi pproblemlərlə üzləşə biləcəyi barədə mövqelər var. Bu əməliyyatlarda Rusiya və İranın göstərdiyi mövqe ilə əslində uduzduqlarınının üzə çıxdığı haqda düşüncələr də mövcuddur. Hər iki dövlətin yalnız sözdə Amerika, Fransa və İngiltərəyə müqavimət göstərdikləri vurğulanır.

Gedən müzakirələrdə üç dövlətin Suriyadakı son əməliyyatları ilə bağlı neytral mövqe sərgiləyən Azərbaycan da müzakirə edilir. Çoxları rəsmi Bakının mövqeyini doğru saysa da, ortaya konkret mövqe qoymağın vacibliyini qeyd edənlər də var.

Türkiyədə yaşayan politoloq Toğrul İsmayıl Amerika, Fransa və İngiltərənin addımını əməliyyat deyil, bombalama adlandırmağın daha doğru olduğunu düşünür: “Ötən il də bunu eyni şəkildə Amerika etmişdi. Əsəd rejimini ciddi şəkildə narahat edəcək, yaxud fikrindən daşındıracaq proseslər orada hazırda cərəyan etmir. Buna bir gövdə göstəricisi demək olar. Belə bombardumanlar daha öncə də olub. Türkiyənin bu tipli məsələlərdə mövqeyi hər kəsə bəllidir. Təkcə Xarici İşlər Nazirliyi deyil, prezident Rəcəb Tayyib Ərdoğan da bunu dəstəklədi. Üçlü formata gəlincə bunu görürük ki, hər üç ölkə bölgədə sülh əldə etməyə çalışır. Amma burada sülh əldə etməkdən əlavə, üç ölkənin də mənafeləri üst-üstə düşmür. Xüsusilə, Əsəd rejimi məsələsində Türkiyənin Rusiya və İranla mənafeləri fərqlənir. Ona görə də ilk günlərdən etibarən rəsmi Ankara Bəşər Əsədin hakimiyyətdən getməsini istəyir. Nə qədər desək ki, üçlü arasında ittifaq var, onu da unutmayaq ki, Rusiyanın  kürd siyasəti keçici olaraq geri addım atsa da, o da öz siyasətindən vaz keçmiş deyil. Dolayısı ilə hər üç ölkənin Suriyada barış mühiti yaratmaq üçün bir araya gəldiyini görürük. Əsəd rejimi ilə bağlı fikir ayrılıqları ortadadır. Bu cür əməliyyatlar zamanı fikir ayrılıqları özünü göstərəcək. Ola bilər ki, Azərbaycanda bu məsələyə çox həssas yanaşılır, ”Türkiyə belə dedi", “Amerika bombaladı”, Rusiya ona belə cavab verdi" kimi fikirlərlə Azərbaycanda bu məsələ çox diqqətə ayrıla bilər. Amma unutmamaq lazımdır ki, bundan öncə Rusiya və İran Əsəd rejimi ilə bağlı Türkiyənin xoşuna gəlməyəcək fikirlər söyləyiblər.  Lakin onu görürük ki, bu cür xoşagəlməyən fikirlər birliyə hələ ciddi zərbə vurmur".

Politoloq Azərbaycanın mövqeyinə də toxundu: “Məni yanlış anlamayın, ölkəmi çox sevirəm. Lakin reallıq odur ki, bu məsələdə Azərbaycanın sözü keçəcək gücü yoxdur. Ona görə də daha əvvəllər də dediyim kimi, rəsmi Bakı belə məsələlərdə mövqe bildirməsə, bitərəf qalsa daha yaxşı olar. Sadəcə bitərəf qalmaq deyil, beynəlxalq hüquqla hərəkət olunmalıdır. Bu hüquq da dövlətlərin ərazi bütövlüyü, demokratik prinsiplər kimi məsələlərdir. Amerikanın qərarlarının yerinə yetirilməsi Azərbaycan üçün də vacib məsələdir. Bilirsiniz ki, Azərbaycanın əraziləri Ermənistan tərəfindən işğal olunub. Rəsmi Bakı beynəlxalq aləmdə bu məsələnin həll edilməsinə çalışır. Ona görə də, beynəlxalq hüquq hər zaman Azərbaycanın işinə yarayır. Qarabağ məsələsi həm də Azərbaycanın torpaq bütünlüyünün pozulması məsələsidir. Rəsmi Bakı bu tipli məsələlərdə aktiv tərəfsizlik göstərməlidir. Açığını deyim ki, Amerikanın bölgədəki boşluğundan faydalanan Rusiya və İran burada gövdə göstəricisi nümayiş etdirir. ABŞ açıq şəkildə müdaxilə edərsə, digər dövlətlərin şansı azalır. Çünki burada Rusiyanın iqtisadi gücü azdır. Kremlin hər bir əməliyyata verdiyi xərc ona çox baha başa gəlir. Bu gün Putin üçün ən çətin olanı - ölkə daxilində iqtisadi vəziyyəti həll etməkdir. Bunu edərkən Suriyadakı məlum proseslər Rusiyaya xərclərlə başa gəlir. Bir əməliyyat eyni zamanda avtomatik olaraq, rus rublunu, türk və İran lirəsini zəiflətdi”.


Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN