SON DƏQİQƏ

Bakıda ABŞ-ın Avropadakı Quru Qoşunları komandanlığı seminar keçirir

Tarix:4-04-2018, 13:05

ABŞ-ın Avropadakı Quru Qoşunları komandanlığının (USAREUR) ekspertləri tərəfindən Bakıda “Sülhməramlı əməliyyatlar zamanı hərbi qərar qəbuletmə prosesi” mövzusunda seminar keçirilir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə USAREUR ekspertləri tərəfindən sülhməramlı mühitə uyğunlaşdırılan hərbi qərar qəbuletmə prosesi və digər mövzularda brifinqlər təqdim olunacaq.

Aprelin 5-dək davam edəcək seminarda Azərbaycan Ordusunun hərbi qulluqçuları iştirak edir.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN