ATƏT Parlament Assambleyasının (PA) Azərbaycanda keçiriləcək prezident seçkiləri üçün müşahidə missiyasının tərkibi məlum olub.
ATƏT PA-dan "Report"a verilən məlumata görə, aprelin 11-də keçiriləcək prezident seçkiləri üçün monitorinq missiyasına Marqret Kiner Nellen (İsveçrə) rəhbərlik edəcək.
Gələn həftə Bakıya gələcək ATƏT PA-nın nümayəndə heyətinin tərkibinə 20-dən çox ölkənin 40 parlament üzvü daxildir.