Dünya Azərbaycanlıları Milli Birlik Təşkilatının sədri Cavad Deraxti ilə, Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri Rəşad Quliyev Bakıya gəlirlər.
Lent.az-ın məlumatına görə, səfərdə məqsəd hər iki təşkilatın bu yaxınlarda qəbul olunmuş birlik qərarı ilə bağlı ictimaiyyətə məlumat vermək, Azərbaycan Respublikası rəsmi qurumlarını sentyabr ayına qərarlaşdırılmış birlik qurultayı ilə bağlı məlumatlandırmaq, gələcək əməkdaşlıq məsələlərini müzakirə etməkdir.
Bundan başqa hər iki şəxsin bir sıra TV proqramlarında, media qurumlarında çıxışları, ictimai təşkilatlarla, xaricdə fəaliyyət göstərən qurumların rəhbərləri ilə Bakıda görüşləri planlaşdırılır.