SON DƏQİQƏ

Ohanesyan Bakını görə bilmədi - Ermənistan vətəndaşı olmayanlarla necə davranmalı...

Tarix:30-03-2018, 09:39

Akif Nağı: ““İşğal olunmuş ərazilər haqqında” və ya başqa ad altında ayrıca qanun qəbul olunmalıdır ki..."

“Estoniya vətəndaşı, erməni əsilli Karina Ohanesyan martın 23-də Bakı aeroportunda saxlanılıb və geriyə deportasiya edilib”. “Turan”ın məlumatına görə, bu barədə martın 28-də Ermənistan KİV-i Karina Ohanesyanın instaqram səhifəsinə istinadən məlumat yayıb. K.Ohanesyanın yazdığına görə, aeroportda onu 12 saat saxlayıblar, bundan sonra geri göndəriblər.

Qeyd olunur ki, K.Ohanesyan Tallin Şəhər Şurası sədrinin müşaviri və Estoniya Mərkəzçi Partiyasının gənclər qanadının sədridir. O, pedaqoqların beynəlxalq elmi-praktiki konfransında iştirak etmək üçün Estoniya nümayəndə heyətinin tərkibində Bakıya gəlibmiş. Yazıda deyilir ki, Ohanesyan öncədən elektron viza alıb və Estoniyadan tədbir iştirakçısı kimi qeydiyyatdan keçib.

Nə Estoniyanın Bakıdakı səfirliyinin nümayəndələri, nə də Estoniyadakı Azərbaycan diasporunun təmsilçisi problemi həll edə bilməyiblər.

Azərbaycan XİN mətbuat xidmətindən “Turan”ın sorğusuna cavab olaraq bildiriblər ki, Estoniya vətəndaşının saxlanması və ölkədən çıxarılması ilə bağlı onlarda məlumat yoxdur.

Xatırladaq ki, artıq bir neçə ildir ki, bəlli səbəblərə görə erməni əsilli şəxslərin Azərbaycana səfəri məhdudlaşdırılır.

Bəs Ermənistanın yox, digər ölkələrin erməni millətindən olan vətəndaşları ilə bağlı yaranmış bu cür vəziyyətlər necə tənzimlənməlidir? Və ya necə tənzimlənir?

Humanitar Tədqiqatlar Cəmiyyəti İctimai Birliyinin sədri Əvəz Həsənov bildirdi ki, Azərbaycanda konkret olaraq erməni millətindən olan digər ölkə vətəndaşlarının ölkəyə buraxılışına qadağa qoyacaq qanunvericilik aktı və yaxud daxili qaydaların olduğunu demək çətindir. Yazılmayan belə məhdudiyyət Ermənistan vətəndaşlarına qarşı mövcuddur ki, erməni pasportu ilə ölkəyə daxil olunması üçün xüsusi razılığa ehtiyac var: “Təbii ki, erməni soyadı adı ilə Bakıya istənilən əcnəbinin gəlişi, hər hansı bir tədbirdə çıxış etməsi və yaxud şəhərdə sərbəst dolaşması Azərbaycan üçün riskləri artırır. O üzdən də çalışırlar ki, Bakıya daxil olan hər bir erməniəsilli vətəndaşa xüsusi razılıq qaydalarına uyğun olaraq icazə verilsin. Ona görə də bundan sonra da kimsə yenidən Bakıya icazə almadan və yaxud müvafiq qaydada cangüdənlə təmin edilmədən gəlməyə cəhd edəcəksə, onun deportasiyası qaçılmazdır”.

Akif Nağı ile ilgili görsel sonucu

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirdi ki, bu məsələ ilə bağlı ayrıca bir qanun yoxdur. Belə hallarla üzləşdikdə ümumi qanunvericiliyə uyğun hərəkət etməyə çalışırlar: “Ona görə də ”İşğal olunmuş ərazilər haqqında" və ya başqa ad altında ayrıca qanun qəbul olunmalıdır ki, analoji situasiyalarda müvafiq orqanların konkret nə cür davranmalı olduqları orada əksini tapsın. Son hadisəni erməni mediasında da izlədim. Onlar bunu Azərbaycana qarşı təbliğat vasitəsi kimi istifadə etməyə, həmin erməninin vətəndaşı olduğu ölkəni, ümumiyyətlə, beynəlxalq ictimai rəyi bizə qarşı qaldırmağa çalışırlar. Amma hesab edirəm ki, biz Ermənistanla müharibə vəziyyətində olduğumuza, həmçinin bütün dünya ermənilərinin Azərbaycana qarşı erməni işğalına açıq dəstək verdiklərinə və erməni diasporunun Azərbaycana qarşı müharibənin bir hissəsi olduğuna görə istənilən erməninin vətəndaşlığından asılı olmayaraq Azərbaycana gəlişinə imkan verilməməlidir. İstənilən erməni Azərbaycanın təhlükəsizliyinə təhdid yarada bilər. Tarixə nəzər salsaq görərik ki, müharibə vəziyyətində olan bütün ölkələr bu prinsipi əsas götürüblər. Azərbaycanın müvafiq rəsmi orqanları erməni Karina Ohanesyanı hava limanından çox haqlı olaraq geri qaytarıblar. Nə qədər ki, torpaqlarımız erməni işğalındadır, biz belə davranmalıyıq".


Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN