Həsrət Rüstəmov: “Azərbaycan müxalifəti Sərdar Cəlaloğlunun timsalında yüksək bir potensialı ortalığa çıxara bildi”
Artıq seçkiyə sayılı günlər günlər qalıb. Bir neçə gündür ki, namizdələrin, təbliğat, təşviqat kampaniyası başlayıb. Namizədlər İctimai Televiziyada pulsuz efir vaxtından yararlanmaq, xalqa öz sözünü demək imkanı qazanıb. Televizyanın kütləvi yayım imkanlarından yararlanan namizədlərdən biri də təbii ki, prezidentliyə namizəd Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Məmmədovdur. Sərdar Cəlaloğlu İctimai televiziyadakı çıxışları ilə sözün həqiqi mənasında xalqın yanında olduğunu, xalqın dərdlərinə şərik olduğunu isbatlayır və bunu faklarla sübut edir. O, demək olar ki, digər namizədlərdən daha kəskin və obyektiv çıxışları ilə seçilir. Sərdar bəyin Azərbaycan xalqına edilən haqsızlıqları İctimai Televizyanın efirindən kimsədən çəkinmədən açıqlması onu deməyə əsas verir ki, namizədlər içərisində həqiqi müxalif lider Sərdar Cəlaloğludur və onun potensialı imkan verir ki, Azərbaycan prezidenti olsun.
Prezident seçkilərində televiziyada həmişəki kimi müxalifət liderlərinə pulsuz efir vaxtı verilsə də, müxalifət namizədlərinin təşviqat məsələləri, plakatların yapışdırılması və sonrdan onların cırılması həmişə müxalifət namizədlərinin başlıca problemlərindən olub. Belə ki, müxalifət namizədlərinin bu gün yapışdırdığı şəkillər sabah cırılıb və yaxud qaralanıb. Maraqlıdır ki, bu dəfə prezident seçkilərində ADP hər hansı problemlə üzləşirmi?
“Plakatlara ciddi nəzarət var”
ADP sədrinin birinci müavini Həsrət Rüstəmov bildirib ki, təşviqat materialları yayılır: “Partiyanın rayon təşkilatlarına materillar verilib. Bakıdan nümayəndələr gedib təşviqat materiallarının yayılmasına nəzarət edir. Hələ ki, ciddi bir problem yoxdur. Bayram günlərində müəyyən problem oldu. Çünki məntəqələr əsasən məktəblərdə yerləşir. Məktəblərin də ümumi qapısı bağlı olur. Bakıda da, regionlarda da belə problem olub, xüsusilə şimal regionlarında əksər rayon mərkəzlərində məktəblərin ümumi qapıları bağlı olub. Ona görə də bu, bir problem yaradıb, amma başqa bir problem yoxdur. Çox maraqlıdır ki, əvvəlki seçkilərdə plakatları çırmağa cəhdlər olurdu. Görünür, bunu hökumətə yaxın adamlar təşkil edirdi. Hazırda hələ ki, elə bir fakt yoxdur. Əksinə, plakatları yapışdıranda dərhal polisdən olan bir nümayəndə yaxınlaşır ki, neynirsiniz? Yəni maraqlanırlar. Görünür, ciddi nəzarət var. Bu, bir tərəfdən yaxşıdır, bir tərəfdən də onu göstərir ki, əvvəlki seçkilərdə hökumət özü bunu təşkil edirmiş və yaxud ciddi nəzarət etmirmiş. Təbliğat materiallarının yayılmasında hələlik ciddi bir problem yoxdur. Bizim bukletlərimiz də var, bukletlər əsasən şəhərdə paylanacaq. Çünki əhalinin böyük hissəsi Bakıda yerləşir, o cümlədən şəhər və rayon mərkəzlərinə də bukletlər göndərmişik ki, yerli fəallarımız, könüllülər bukletləri dağıtsınlar. Bukletlərdə daha geniş informasiya var, seçkilərə çağırış və.s. var. Elə hesab edirik ki, hər evdə bir nəfər bukleti oxusa, bu, bir evdə neçə seçicinin seçkiyə cəlb olunması prosesinə yardım edə bilər”.
“Təbliğat materiallarına əvvəlki kimi hücum yoxdur”
“Hələlik təşviqat kopmaniyasına kənar müdaxilə yoxdur. Ancaq bəzi yerlərdə yenə də plakatların çırılmasına rast gəlinir. Məsələn, Lənkərandan belə informasiya aldıq. Bakıda bir yerdən belə bir informasiya gəldi. Yəni sistemli şəkildə müdaxilə yoxdur. Təbliğt materiallarına əvvəlki kimi hücum yoxdur. Hələ ki, proses gedir. Plakatlar 2-3 gündür ki, yapışıdırılır. Bundan sonra, necə olacaq, onda demək olar. Yəni bir həftə ərzində dəqiq qiymətləndirmək olacaq ki, plakatlar davamlı olaraq asıldığı yerdə qalacaqmı yoxsa onlara qarşı nəsə olacaq”,-dedi sədr müavini.
“Müxalifət partiyaları ADP ilə əlaqələri sıxlaşdırsanlar”
Rüstəmov onu da vurğuladı ki, seçkiqabağı debatlarla bağlı yaxşı əhval-ruhiyyə var:“Demək olar ki, əhalinin böyük hissəsi bizim yerli təşkilatlara və yaxud birbaşa partiyanın mərkəzi ofisinə, partiya sədrinə, onun müavinlərinə zənglər edirlər, müsbət qarşılıq alırıq. Sərdar bəyin çıxışları çox müsbət bir fon yaradıb. Azərbaycan seçicisi bu seçkilərdə Sərdar Cəlaloğlunun digər namizədlərdən fərqli olaraq xalqın dərdlərini dilə gətirməsini, obyektiv münasibət sərgiləməsini yüksək qiymətləndirir. Bunun özü bizim üçün olduqca müsbət haldır, partiyanın keçmiş üzvlərinə, ADP ilə əlaqəsi olan bütün insanlara, o cümlədən müxalifətdə olub, ADP- də olmayan digər müxalifət partiyalarına, hansılar ki seçkilərdə iştirak etmirlər, onların hamısına biz müraciət edirik, onları bir daha dəvət edirik ki, ADP ilə əlaqələri sıxlaşdırsanlar, bizim namizədimizin seçkilərdə qələbəsini təmin etmək üçün bütün güclərini səfərbər etsinlər, bizə maddi, mənəvi, kimin nə imkanı varsa, dəstək versinlər. Onları əmin edə bilərik biz də, bizim namizədimiz də onların zəhmətlərinin boş yerdə olmadığını öz davranışları, gələcək fəaliyyəti ilə sübut edəcək”.
“Azərbaycan müxalifəti Sərdar Cəlaloğlunun timsalında yüksək bir potensialı ortalığa çıxara bildi”
“Bizim namizədə, yəni Sərdar bəyə yerlərdə münasibət çox yaxşıdır. Əslində, biz bunu qabaqcadan hesablamışdıq. Bilirsiniz ki, televizya çox böyük gücdür. Təsadüfi deyil ki, Azərbaycan iqtidarı televiziyanı müxalifətin üzünə bağlayıb. Bu televizya debatları onu göstərir ki, Azərbaycan müxalifətinin bir lideri bu seçkidə iştirak edir. Bu, Sərdar Cəlaloğludur, görünən budur. Digərlərini xalq da müxalifət hesab etmir, mən də müxalifət hesab etmirəm, onların dediklərinin müxalifətin platformasına o qədər də aidyyatı yoxdur. Bir liderin bütün hökumətin komandasından qat-qat üstün bir televizya çıxışı həyata keçirə bilməsi onu göstərir ki, müxalifətin potensialı iqtidarın bütün komandasının potensialından yüksəkdir. Azərbaycan müxalifətinin indiyə kimi hakimiyyətə gələ bilməməsinin əsas səbəbi o deyil ki, müxalifətin intellektual potensialı, qüvvəsi yoxdur, əsas səbəbi odur ki, yerli və beynəlxalq şərtlər buna imkan verməyib, hakimiyyət müxalifəti küncə sıxışdırıb, əlindəki hakimiyyət imkanlarından istifadə edib və xalq da müxalifəti hansısa səbəbdən ciddi şəkildə sona qədər dəstəkləməyib. Görünür, bu səbəbi biz özümüz də axtarmalıyıq ki, xalqla işi yaxşı təşkil edə bilməmişik, yoxsa Azərbaycan müxalifətinin bu seçkidə potensialı onu göstərir ki, təkcə Sərdar Cəlaloğlunun timsalında çox yüksək bir potensialı ortalığa çıxara bildi. Bu da təbii ki, bizi sevindirir”,-deyə ADP sözçüsü qeyd etdi.
“Biz doğru yoldayıq...”
Həsrət Rüstəmov onu da nəzərə çatdırdı ki, seçkinin indiki mərhələsində ADP-nin seçkiyə qatılmaq barədə qərarının doğru olduğuna artıq deyə bilər: “Çünki dostlarımızın, yəni seçkidə iştirak etməyən müxalifət təşkilatlarının nümayəndələrinin də sosial şəbəkələrdə, xüsusilə də “feysbuk”da bizə qarşı qərəzli münasibəti onu göstərir ki, onlar öz qərarlarından peşman olublar və yumşaq desək, ADP-nin xalqla təmasından yaranan müsbət qazancına qarşı onlarda bir paxıllıq hissi yaranıb. Bu da onu göstərir ki, biz doğru yoldayıq və sona qədər mübarizəmizi aparacağıq. İmkanlarımız çərçivəsində heç bir söyüşə, təhqirə yol vermədən təkcə öz qrup və partiya maraqlarımızı yox, Azərbaycan xalqının, dövlətin mənafelərini, regionlardakı vəziyyəti nəzərə almaqla öz siyasətimizi sona qədər aparacağıq”.(Hurriyyet.org)