SON DƏQİQƏ

“PYD/YPG İŞİD-ə bənzər terror təşkilatıdır” - Rusiya PYD/YPG-ni ilk dəfə olaraq terror təşkilatı ADLANDIRDI

Tarix:22-03-2018, 18:43

Rusiya, Suriya torpaqlarının bir qismini işğal edən terror təşkilatı PKK/YPG üçün ilk dəfə terrorçu ifadəsini işlədib.

Sonxeberler.info-nun məlumatına görə, İstanbulda 3 apreldə keçiriləcək Türkiyə, Rusiya, İran liderləri sammitinə saylı günlər qalmış Moskva ilk dəfə terror təşkilatı PKK/PYD/YPG -ni “İŞİD modelində terror təşkilatı” olaraq qiymətləndirib.

Kremlə yaxınlığı ilə tanınan Rusiya Federal İnformasiya Agentliyi, dərc etdiyi məqalədə PKK və onun Suriya qolu PYD/YPG-ni terror təşkilatı adlandırıb.

Rusiyanın Türkiyə tərəfindən həyata keçrilən “Zeytun budağı” hərəkatına niyə dəstək verdiyinə aydınlıq gətirib. Agentlik PYD/YPG-nin Suriya xalqına məxsus təbii ehtiyatları amansıcasına talan etdiyini, yeril xalqa divan tutduğunu yazıb.

“Yerli xalq üzərində apardıqları təzyiq metodu onların terror təşkilatı olmasını sübut edir. PYD/YPG-nin zülmü nəticəsində 1.5 milyon suriyalı evlərindən qaçmaq məcburiyyətində qalıb. Amma bu növ əməllərin sonu hər zaman ziyanla bitir” – Kremlə yaxın agentlik belə yazıb.\Avropa.info\

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN