“Yalan xəbər medianı dəli etdi, çünki məndən Putinin dərisini soymağımı istəyirdilər. Yanılırlar. Rusiya və digərləri ilə yaxşı yaşamaq yaxşı şeydir, pis deyil.”
Sonxeberler.info-nun məlumatına görə, bu sözləri ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putini yenidən prezident seçilməsi münasibəti ilə təbrik etməsinə aydınlıq gətirərkən deyib. Tramp onu bu səbəbdən tənqid edənlərə cavab verib.
“Ruslar, Şimali Koreya, Suriya, Ukrayna, İŞİD, İran və hətta getdikcə artan silahlanma yarışı məsələlərinin həllində yardımçı ola bilərlər. Məndən əvvəlki prezidentlərdən Corc Buş Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışırdı. Lakin, Buşun ağıllı məsləhətçiləri yox idi. Obama dönəmində isə xarici işlər naziri Hillari Klinton da bunu sınadı, lakin o bunun üçün kifayət qədər enerjiyə sahib deyildi.
.Putinlə yəqin ki, yaxın gələcəkdə bir araya gələcəyik. Onunla silahlardan və getdikcə nəzarətdən çıxan silahlanma yarışını müzakirə edə bilərik. Putinlə Ukrayna, Suriya, Şimali Koreya məsələsini də danışa bilərik. Güc yolu ilə sülh” – Tramp belə deyib.
Xatırladaq ki, ABŞ-da Con Makkeyn başda olmaqla bir çox senator Trampın Putini təbrik etməsinə sərt reaksiya göstərmişdi.\Avropa.info\