SON DƏQİQƏ

Deputatlar Artur Rasi-zadənin anlaşılmaz çıxışını niyə tənqid etmədi?

Tarix:19-03-2018, 21:37

Fazil Mustafa: “Təvazökarlığına, normal dövlət adamı imicinə görə heç kim bu məsələnin üzərinə getmədi”
Fərəc Quliyev: “Milli Məclis ədəbiyyat dərsi yeri deyil”

Azərbaycanın baş naziri Artur Rasi-zadənin Milli Məclisin martın 16-dakı iclasında hökumətin illik hesabatını təqdim edərkən ana dilimizdə bərbad danışması ilə bağlı müzakirələr səngimir. Sosial şəbəkələr və mətbuatda baş nazirin həmin çıxışının videosu paylaşılır, qınanılır.

22 il bir ölkənin hökumətinə rəhbərlik edən bir şəxsin Azərbaycan dilində səlis danışmağa hələ də çətinlik çəkməsi tənqid olunur. Onun çıxışı zamanı deputatlardan heç birinin ona irad tutmaması yaxud etiraz etməməsi də sərt tənqid edilir.

Deputat, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa hesab edir ki, söhbət əsas çıxışın mahiyyətindən getməlidir:

Картинки по запросу fazil mustafa

“Ana dilində çox gözəl çıxış edən adam da ola bilər, amma fəaliyyəti tamamilə bərbad olar. Artur Rasi-zadəni biz də çoxlu tənqid edirik. Təbii ki, nöqsanlar kifayət qədər çoxdur. Öz dilində mükəmməl çıxış etməsi çox yaxşı olardı. Lakin nəzərə almaq lazımdır ki, sovet məktəbindən gəlmiş bir şəxsdir. Ölkə prezidenti də uzun illərdir onunla çalışır. Bu da onun konstitusion səlahiyyətidir. Əslində faktiki olaraq, ölkədə Nazirlər Kabinetindən daha çox əsas iqtisadi və siyasi sahədə qərarların qəbul edilməsində ağırlıq prezidentin üzərindədir. Ona görə də, Artur Rasi-zadənin özünün insan olaraq, kimliyini bəlkə çoxları bilmir, amma deyim ki, o kifayət qədər təvazökar, normal bir insani davranışlara malik olan bir şəxsdir. Bəzən müəyyən nazirlər telefonu belə götürməyəndə Artur Rasi-zadə çox rahatlıqla hamını qəbul edib, dinləyə bilən, hamının qaldırdığı məsələlərə reaksiya verən bir dövlət rəsmisidir. Bu baxımdan görünür, özünə olan münasibətə görə deputatlardan kimsə irad bildirməyə can atmadı. Amma yaxşı olar ki, həqiqətən də dilimizin müəyyən mənada yüksək səviyyədə mənimsənilməsi bütün vəzifəli şəxslər üçün bir etalon olsun. Heç cür buna haqq qazandırmaq olmaz. Amma irad bildirmək sırf onunla bağlı ola bilər ki, nə zaman hansı məsələ ilə bağlı müraciət etsən, hansı ictimai məsələ qaldırırsansa, dərhal onun reaksiyasını görürsən. Bu baxımdan təvazökarlığına, normal dövlət adamı imicinə görə heç kim bu məsələnin üzərinə getmədi”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev etiraz etməməsi ilə bağlı bunları dedi:

Картинки по запросу fərəc quliyev

“Milli Məclis ədəbiyyat dərsi yeri deyil. Heç kim fakültə kimi ora gəlməyib, yaxud da ora məşğələyə gəlməyib. Kimsə orada dərs keçmir. Hökumətin başçısı iqtisadi vəziyyətlə, büdcənin icrası ilə bağlı ötən ilin hesabatını verib. Mənim də büdcə, hesabatla bağlı çıxışım var və hesab edirəm ki, çox da tənqidi bir çıxışdır. Bütün məsələlərə orada münasibətimi bildirmişəm. Amma orada kiminsə danışığında səhvi tapmaq, irad bildirmək doğru deyil. Çünki Milli Məclis elə bir yer deyil. Parlament hökumətin hesabatını qəbul edər, məsələlərə münasibət bildirər. Mənim orada dəfələrlə tənqidi çıxışlarım olub. İstiqamətlər haqqında münasibətlər bildirmişəm. O başqa bir şeydir ki, istər baş nazir, istərsə də, başqa bir məmur olsun, onlar dili yaxşı bilməli, hər kəsə nümunə olmalıdırlar. Dili mükəmməl bilmək konstitusiyada da göstərilib. Amma mütləq orada kiminsə danışığına deputatın münasibət bildirməsi məcburi deyil. Vəzifədə olan və ya olmayan şəxs olsun, öz dilində səlis danışmaq yaxşı mənada bir göstəricidir. Bəziləri hətta bundan qürur duyur ki, görün mən öz dilimdə necə gözəl danışıram. Türkiyədə xüsusilə belə hallar çoxdur. Amma bunu deputatla baş nazir arasında bir münasibətə çevirmək doğru deyil. Biz parlamentdə hökumətin hesabatına münasibət bildirməliyik və bu münasibəti də bildirmişik”.


Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN