SON DƏQİQƏ

Rus silahı ilə müharibədə qalib gəlmək mümkünmü?

Tarix:16-03-2018, 09:39

Elçin Mirzəbəyli: “Azərbaycan rus silahı olmadan da keçinə bilər”; Emil Həsənli: “Azərbaycan öz müstəqilliyini, dövlətini özü qoruyur”

Rusiyanın Azərbaycana əvvəlki illərlə müqayisədə silah satışını azaltdığı barədə xəbərlər yayılıb. Buna səbəb kimi də 2016-cı ilin aprelində Azərbaycan-Ermənistan arasındakı 4 günlük döyüşlər göstərilir.

Kremlin Azərbaycan ordusunun düşmənə vurduğu ağır zərbələrdən və Ermənistanın ölkəmiz qarşısındakı gücsüzlüyünü  görəndən sonra rəsmi Bakıya silah satışını nəzərdən keçirdiyi bildirilir.

Ekspertlərin Rusiyanın satdığı silahları azaltmasının Azərbaycan üçün ciddi bir zərərinin olub-olmadığı barədə mövqeləri fərqlidir. Bir tərəf bunun ölkəmizin ziyanına olduğunu desə də, əks tərəf fərqli düşünür. Onlar hesab edirlər ki, rəsmi Bakı Türkiyə, İsrail və digər ölkələrlə bu sahədə yaxından əməkdaşlıq etdiyi, müasir silahlar aldığı üçün Rusiyanın silah satışını azaltması Azərbaycanın o qədər də zərərinə deyil. Bir növ Azərbaycanın hərbi təchizatını gücləndirmək üçün digər ölkələrlə əlaqələrində problemlər yaşamadığı vurğulanır. Əksinə, Ermənistana pulsuz silahlar satan Rusiyanın Azərbaycana silah satışını azaltmaqla zərər çəkdiyi bildirilir. Rus silahları olmadan belə Azərbaycanın Dağlıq Qarabağ münaqişəsini hərbi yolla həll etmək üçün imkanlarının yetərli olduğu qeyd edilir.

Politoloq Elçin Mirzəbəyli ile ilgili görsel sonucu

Politoloq Elçin Mirzəbəyli hesab edir ki, Rusiyanın Azərbaycana silah satışını azaltması barədə iddialar iki ölkə arasında imzalanmış müqavilələrdən irəli gəlir: «Hazırda Rusiya üçün hərbi-sənaye kompleksini qoruyub saxlamaq əsas prioritetlərdən biridir. Bu baxımdan, Rusiyanın ölkəmizə məhz aprel döyüşlərindən sonra silah satışını azaltdığını düşünmək inandırıcı deyil. Rusiya üçün strateji əhəmiyyət kəsb edən bir sahəyə sanksiyaların tətbiq edildiyi və yenilərinin gözlənildiyi bir zamanda rəsmi Moskva Bakı kimi müştəridən imtina etməz. Ola bilsin ki, kimlərsə ermənilərin könlünü almaq üçün belə iddialarla çıxış edir. Məgər Rusiya Azərbaycana silah satanda bilmirdi ki, bu silahlar bir gün ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün işə düşəcək? Əlbəttə, bilirdi. Digər tərəfdən, Azərbaycanın silah-sursat, hərbi texnika almaq üçün kifayət qədər alternativləri var. Azərbaycan rus silahı olmadan da keçinə bilər. Təbii ki, mən hərbi sahədə mütəxəssis deyiləm. Məsələnin yalnız siyasi tərəflərinə toxuna bilərəm. Regionda və dünyada baş verən və baş verə biləcək proseslərin təhlili göstərir ki, Azərbaycan Rusiya silahından asılı deyil və olmayacaq. Əksinə, Moskva çalışacaq ki, bu sahədə tərəfdaşlarını qoruyub saxlasın".

Emin Həsənli ile ilgili görsel sonucu

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bir çox sahələrdə olduğu kimi hərbi sahədə də Azərbaycanın çoxsaylı dövlətlərlə əməkdaşlıq etdiyini söylədi: “Dünyanın bir çox ölkələrindən müasir silahlar alırıq, o cümlədən Rusiyadan da bir sıra müasir silahlar almışıq. Rusiyadan aldığımız elə silahlar var ki, aprel döyüşlərində məlum oldu ki, bu silahlardan heç Ermənistanda yoxdur. Bu məsələlər xeyli təhlil edilir. Təhlillər hərbi elmin qanunlarına uyğun aparılır. Azərbaycanın təbiəti, coğrafiyası, düşmənin əlində olan silahlar nəzərə alınır. Azərbaycan ən müasir texnologiyalara uyğun silahlar alır. Azərbaycan öz müstəqilliyini, dövlətini özü qoruyur. Hansı dövlətdən silahlar alınmasında ölkəmizin milli maraqları nəzərə alınır. Müasir texnoloji silahlar almağa üstünlük verdiyimizi aprel döyüşləri göstərdi. O döyüşlərdə bütün dünya Azərbaycanın istifadə etdiyi silahlardan danışdı ki, İsrailin silahlarının çoxu artıq Azərbaycandadır. Bu sırada qardaş Türkiyəni də göstərə bilərik. Bu məsələlər tam təhlil olunub, bu sahənin mütəxəssisləri bu işə sırf cəlb olunublar. Unutmaq olmaz ki, bu məsələlərdə sırf dövlət maraqları nəzərə alınır”.


Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN