ABŞ prezidenti Donald Tramp Şimali Koreya ilə danışıqlara hazır olduğunu deyib.
Sonxeberler.info rambler.ru-ya istinadən verdiyi məlumata görə, o bunu "yalnız münasib şərtlərlə" mümkün olduğunu qeyd edib.
“Şimali Koreya danışmaq istəyir - biz də danışmaq istəyirik, lakin münasib şərtlərlə. Görək, nə olacaq”, - deyə Tramp bildirib.
Xatırladaq ki, bundan öncə Cənubi Koreya prezidenti Mun Çje In Vaşinqton və Pxenyanı danışıqlara çağırıb. KXDR danışıqlara hazır olduğunu bəyan edib.