Azərbaycan prezidenti İlham Əliyev fevralın 23-də “Boeing Commmercial Airplane” şirkətinin prezidenti və baş icraçı direktoru Kevin Mak Alisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə prezidentin mətbuat xidməti məlumata yayıb.
Dövlət başçısı Azərbaycan ilə “Boing” şirkəti arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyini və bu şirkətin istehsal etdiyi 20-yə yaxın təyyarənin Azərbaycan mülki aviasiyası tərəfindən alındığını vurğulayıb. Ölkəmizin hazırda çox müasir və keyfiyyətli hava donanmasına malik olduğunu qeyd edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Hava Yollarının çox yaxşı reputasiyası var. Dövlət başçısı Azərbaycanın artıq beynəlxalq nəqliyyat qovşağına çevrilməkdə olduğunu deyib. Prezident İlham Əliyev Azərbaycanda nəqliyyat və infrastruktur sahəsində böyük nailiyyətlərin əldə edildiyini bildirərək, son illər ölkəmizdə 6-sı beynəlxalq aeroport olmaqla 7 yeni aeroportun inşa edildiyini, ən müasir səviyyədə yükdaşıma və nəqliyyat təyyarələrin fəaliyyət göstərdiyini vurğulayıb.
Sonxebrler.info