SON DƏQİQƏ

ABŞ Dövlət Departamentinin nümayəndəsi Azərbaycana gələcək

Tarix:2-02-2018, 13:28

ABŞ Dövlət Departamentinin beynəlxalq energetika üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən Syu Saarnio Azərbaycana səfərə gələcək.

 

ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Syu Saarnio Bakıda fevralın 15-də baş tutacaq Cənub Qaz Dəhlizi layihəsinin Məşvərət Şurasının dördüncü iclasında iştirak edəcək.

 

Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin Məşvərət Şurasının birinci iclası 2015-ci il fevralın 12-də, ikinci iclası 2016-cı il fevralın 29-da, üçüncüsü isə ötən il fevralın 23-də baş tutub. 

 

 

Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN