SON DƏQİQƏ

Binəli Yıldırım: "ABŞ Suriyada terrorçulardan ibarət ordu yaratmaqla bağlı qərarını dəyişdirməlidir"

Tarix:18-01-2018, 13:30

“Son üç gün ərzində ABŞ rəsmiləri ard-arda bir-birini təkzib edən fərqli açıqlamalar veriblər”.

“Report” “Sabah” qəzetinə istinadən bildirir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.

ABŞ-ın Suriyada terrorçulardan ibarət ordu yaratmaqla bağlı qərarı haqqında Vaşinqton rəsmilərinin son açıqlamalarına münasibət bildirən baş nazir bu addımı yenidən tənqid edib: “ABŞ-ın atdığı addımlar müttfqiləyə yaraşmır. ABŞ qərarını dəyişdirməlidir. Son 3 gündə Birləşmiş Ştatlar rəsmiləri tərəfindən ard-arda fərqli bəyantlar verilib. ABŞ bu qeyri-müəyyənliyi aradan qaldırmalıdır”.

Qeyd edək ki, ABŞ bir müddət əvvəl terrorçu PKK qruplaşmasının Suriyadakı qolları YPG və PYD-dən formalaşan “Suriya Demokratik Qüvvələri”nin silahlıları əsasında 30 minlik “sərhəd təhlükəsizlik qoşunu” yaratmaq niyyətində olduğunu bildirib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN