SON DƏQİQƏ

ATƏT müşahidəçilərinin səlahiyyətlərinin genişləndirilməsi barədə razılığa gəlinib

Tarix:19-01-2018, 18:20

Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsi üzrə müşahidəçilərin səlahiyyətlərinin genişləndirilməsi barədə razılığa gəlib.

Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin aparatının imkanlarının genişləndirilməsi barədə prinsipial razılaşma əldə ediblər.

“Report” xəbər verir ki, bu barədə Polşanın Krakov şəhərində Elmar Məmmədyarov və Edvard Nalbandyanın görüşünün yekununda Ermənistanın Xarici İşlər Naziri məlumat yayıb.

Görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə keçirilib.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin aparatının (hazırda Anjey Kaspşik) Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq aparır.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN