SON DƏQİQƏ

Azərbaycanda neçə xarici ölkə səfirliyi var?

Tarix:28-12-2017, 11:42

Bu il ərzində Azərbaycanda Peru və Kosta-Rikanın səfirlikləri açılıb.

 

Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, hazırda  Azərbaycanda 64 ölkənin səfirliyi, 12 beynəlxalq təşkilatın nümayəndəliyi və 4 Baş Konsulluq fəaliyyət göstərir. 

 

H.Hacıyev qeyd edib ki, il ərzində Azərbaycanın Avstriya, Sudan və Cibutiyə Fəxri konsulları, Efiopiyanın isə Azərbaycana Fəxri konsulu təyin olunub.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN