SON DƏQİQƏ

Fərda: “Cem Yılmaz, Şahan Gökbakarla filmlərimiz olacaq”

Tarix:26-12-2017, 17:56

Aktyor Fərda Xudaverdiyev yenidən Türkiyədə filmə çəkiləcək.

Musavat.com saytına açıqlama verən aktyor bildirib ki, qardaş ölkədə məşhur aktyorlarla rol alacaq: “Qız qaçırtma” filmini təqdim etdik, sevildi. “Niyə-2” filmimiz artıq hazırdır. 2 həftə sonra montaja başlayacağıq. “Yanlış anlama” filminin davamının çəkiləcəyi gözlənilirdi. Amma Bakının hava şəraiti buna imkan vermədi.  Ona görə “Yanlış anlama-2“ adı altında “Geri dönməm lazım”  filminin mart ayında çəkilişləri başlayacaq. Bu dəfə azərbaycanlı aktyorlara daha çox yer veriləcək. Türkiyəli aktyorların dəyişilmə ehtimalı var, daha məşhur aktyorların rol alacağı gözlənilir”.

Fərda Türkiyədəki onlara olan diqqətdən də bəhs edib: “İllərlə arzuladığımız diqqət idi. Çox şükür, ilk addımımız uğurlu oldu.  Onlar mənim burada çəkildiyim filmləri gördülər, kassa barədə maraqlandılar. Bildilər ki, maraqla qarşılanan biriyəm. Azərbaycanda bəziləri məni illərdi ki, məni Cem Yılmazı yamsılamaqda günahlandırır. İnşallah, Cem Yılmaz, Tolqa Çevik və Şahan Gökbakarla da filmlərimiz olacaq. Buna söz verirəm”.(musavat.com)

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN