ARB TV-nin “Düz bazar” proqramının növbəti buraxılışında sürpriz qonaq hər kəsi təəccübləndirib.
Belə ki, verilişə şaxta baba qismində gələn Əməkdar artist Eyyub Yaqubov, mahnısını da şaxta baba formasında ifa edib. Bəstəkar Elçin, bunu Eyyub Yaqubovla bərabər fikirləşdiyini deyib.
Müğənni Eyyub Yaqubov, daha əvvəl də şaxta baba paltarı geyindiyini bildirib.
“10 il qabaq da bir məclisə belə sürpriz etmişdim. Ancaq efirdə ilk dəfədir”.