SON DƏQİQƏ

Nigardan qalmaqallı sözlər: “Onlar transseksuallara bənzəyir”

Tarix:22-11-2017, 16:04

Müğənni Nigar Camal Cenifer Lopezə oxşaması üçün estetik əməliyyat etdirməsi barədə səsləndirilən fikirlərə münasibət bildirib.

SonXəbərlər xəbər verir ki, müğənni sosial şəbəkədə deyilənlərin həqiqəti əks etdirmədiyini vurğulayıb: “Bəzi insanlar çox vaxt yaş barədə danışmağı, üzdə qırış, çirkinlik  axtarmağı çox sevirlər. Amma bunları özlərində yox, mənim üzümdə axtarmağa çalışırlar”. 

Cenifer Lopezə bənzəmək üçün plastik əməliyyat keçirməmişəm. İstənilən bu cür estetik əməliyyat insanı transseksuallara bənzəməyə gətirib çıxarır. Bu yalnız Amerika filmlərində olur. Sanki elə əməliyyat edirlər ki, doğma anası belə öz övladını qoxusundan tanıya bilmir. Əzizlərim, sadəcə olaraq özünüzə qulluq edin.

Yaşlı, çirkin qadın yoxdur, baxımsız qadın var. Spirtli içki və siqaretə az aludə olun. Düzgün qidalanmanı məsləhət görə bilmirəm. Özüm də dadlı yeməkləri sevirəm. Bu yaxşı əhval-ruhiyyə və böyük pozitivlik verir. Mənə görə pəhriz orqanizm üçün stressdir”.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN