Son günlər azərbaycanlılar Türkiyə mətbuatının gündəmindən düşmür. Onlar arasında tanınmış simalar çoxluq təşkil edir.
SonXəbərlər sözügedən azərbaycanlıların siyahısını hazırlayıb.
Ötən gün qardaş ölkə mətbuatı aktrisa Pərvin Abıyevadan yazıb. Onlar aktrisanın müğənni Rafet El Romanın sevgilisi olduğunu, cütlüyün birlikdə şam etdiyini yazıblar.
Pərvin Abiyeva yerli mətbuata açıqlamasında haqqında yayılan məlumatların yalan olduğunu bildirib: “Bu məlumatlar həqiqəti əks etdirmir. Mən hazırda Bakıdayam”.
Ötən həftə də Türkiyə mətbuatının gündəmində P.Abıyeva idi. İstanbulda rol aldığı “Yanlış anlama” filminin qala gecəsinə qatılan aktrisaya həmkarı Şevqet Çoruhun gözlərini çəkmədən baxması diqqətlərdən qaçmamışdı. O zaman da cütlüyün eşq yaşadığı yazılmışdı.
"Azərbaycan gözəli — 2016" musabiqəsinin qalibi Günel Ağayeva “Star” televiziyasında yayımlanan "Hande Ataizi ilə izdivac" evlənmə proqramına qatılıb. Onun bu addımı sosial şəbəkədə geniş müzakirə olunub.
Türkiyədə fəaliyyət göstərən model Günay Musayeva keçmiş həyat yoldaşı , aktyor Tolqa Kareldən danışaraq Türkiyə mətbuatının gündəmini zəbt edib.
Antalyada baş tutan moda nümayişində podiuma çıxan model tədbirdən sonra jurnalistlərin suallarına cavab verib. O, aktyorun övladı ilə maraqlanmadığını deyib.
“Aylıq 500 lirə ödəniş etməlidir, amma ödəmir. Oğlu ilə, ümumiyyətlə, maraqlanmır. Mən çox çətin anlar yaşadım. Tolqa onların günahıkarıdır. Oğlum da artıq atasını soruşmur”
Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yenidən Türkiyə mətbuatının diqqətində olub. “FOX” telekanalında yayımlanan “Bizim hekayə” serialında rol alan aktrisa ötən gün Nişantaşındakı gözəllik mərkəzlərinin birində həyətində ağ dekoliteli libası və əlində şampan qədəhi ilə poza verib.
Fotolarını sosial şəbəkədə paylaşan məşhur xanım “Şəxsi baxım şərtdir” şərhini yazıb. Foto çəkdirdikdən sonra aktrisa məhəllələri gəzib. Onun bu hərəkəti maraqla qarşılanıb. Onun bu addımı maraqla qarşılanıb.
Azərbaycanlı gəlin namizədi Naz Mila da gündəmdən düşməyənlərdəndir. O gah döyməsi, gah da izdivac proqramının iştirakçıları ilə davaları ilə diqqət çəkir. Naz cazibədar pozaları ilə də qardaş ölkənin maqazin gündəminin əsas xəbərinə çevrilə bilir.