“Fazilət xanım və qızları” serialının aktyoru Alp Navruzun başına iş gəlib.
SonXəbərlər türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor səhnənin inandırıcı olması üçün şüşəyə yumruq atıb.
Hadisə nəticəsində Alpın biləyi kəsilib. Aktyor dərhal xəstəxanaya çatdırılıb. Onun biləyinə 3 tikiş qoyulub.
Qeyd edək ki, Navruz serialda Sinan Egemen obrazını canlandırır.