“Dalğa” adlı yeni televiziya fəaliyyətə başlayacaq.
Bu haqda SonXəbərlər saytına açıqlamasında "Xəzər" telekanalının Musiqili Departamentinin rəhbəri Kənan Bayramov məlumat verib.
O, bildirib ki, “Xəzər Media Center”in tərkibində yaradılan televiziya dekabrın əvvəlindən efirə həyatına başlayacaq: “Yeni platformadır. Televiziyanın saytı olacaq. Peyk və kabel kimi platformalardan izləmək mümkün olacaq. “Dalğa TV” Azərbaycanda ilk kabel televizyası olacaq ki, buradan lisenziyalı film və serialları izləyə biləcəksiz. Azərbaycanda yetərincə tanınan ekran işlərinin nümayişi nəzərdə tutulur. Bu filmlər Azərbaycan dilində dublyaj olunacaq”.
Qeyd edək ki, telekanalla bağlı ilk məlumatı primetime.az saytı yayıb.