SON DƏQİQƏ

Günay: "Oğlum daha atasını soruşmur"

Tarix:7-11-2017, 12:29

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva Antalyadakı moda dəfiləsindən sonra jurnalistlərin sualalrını cavablandırıb.

SonXəbərlər  axşam.az-a isitnadən xəbər verir ki, model keçmiş aktyor əri Tolqa Karelin oğlu Cihangirlə maraqlanmamasından şikayət edib:

"Oğlum daha atasını soruşmur. Tolqa aylıq 500 lirə (təxminən 250 manat) alimenti belə vermir. Cihangiri arayıb-axtarmır. Çox çətin günlər keçirdim. Bunların günahkarı Tolqadır". 

Günay "Yenidən ailə qurmağı düşünürsünüz" sualına "Doğru vaxtda düzgün insan rastıma çıxsa, niyə də olmasın" cavabını verib. 

Qeyd edək ki, Günayla Tolqa 2011-ci ildə ailə qurub, 2015-ci ildə boşanıblar. T.Karel hazırda amerikalı model Sarah Skotti ilə ailəlidir. Cütlüyün bir qızı var.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN