SON DƏQİQƏ

Mələkxanım Əyyubova prodüserləri tənqid etdi

Tarix:8-11-2017, 13:13

"Onlar prodüser yox, köməkçilərdir. Köməkçi insana evdə lazımdır".

SonXəbərlər axşam.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti Mələkxanım Əyyubova "ATV maqazin onlarla"da deyib. Muğam ifaçısı yerli prodüserləri tənqid edib.

Xanəndə bildirib ki, müğənninin telefonuna özünün yox, yanındakıların cavab verməsi hörmətsizlikdir:

"Dünən sənətə gəlib, amma yanında telefonuna cavab verən var. Bu, hörmətsizlikdir. Zənglərə özüm cavab verməliyəm. Niyə mənim yerimə başqası telefonu götürsün? Kimdən qaçıram? Kimə lazımdırsa, cavab verərəm, burada əskiklik yoxdur. Mənə zəng edən xalqın bir nümayəndəsidir. Sual veriləndə cavablandırıram, səhəri də arxasında dayanıram ki, öz kəlməmdir. Kimlərisə başqaları idarə edir. Mənim yanımda on prodüser olsa, yenə bacardığımı edə bilməz".

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN