SON DƏQİQƏ

Kim Fədayə kimi sevgilisini qaçırar? - Şou-biznes əhli arasında SORĞU

Tarix:2-11-2017, 10:00

Son günlərin ən çox müzakirə olunan mövzusu müğənni Fədayə Laçının “Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədovla sevgili olması və onun həbsdən qaçırılmasına kömək etməsidir. Həyatını, karyerasını və nüfuzunu heçə sayıb, sevgilisinin qaçmasına kömək edən müğənni Cinayət Məsəlləsinin 304. 2.1-ci maddəsi (Qabaqcadan əlbir olaraq həbs yerindən və ya mühafizə altında olanlara qaçmağa kömək etmə) ilə həbs olunub.

Ötən gün isə “Qoca” ləqəbli avtoritet Bakının Qaradağ rayonunda silahlı insident zamanı güllələnib.

Cütlüyün sevgi hekayəsi isə sosial şəbəkələrdə geniş müzakirə olunur. Bir çoxları ifaçını qınasa da, Fədayənin sevgisinin qurbanı olduğunu bildirib, onu fədakar qadın adlandıranlar da var.

SonXəbərlər məsələnin aktuallığını nəzərə alaraq, şou-biznesin təmsilçilərindən arasında sorğu keçirib və onlardan sevgililəri üçün F.Laçının atdığı addımı ata bilib-bilməyəcəklərini öyrənib.

Aktrisa Aysel Nazim: “Bununla bağlı status da yazmışdım. İnsan sevəndə gözü heç nə görmür. Adam heç nə düşünmür. Sevgi insana cənnəti də, cəhənnəmi də yaşada bilər. Amma insan sediyini oda atmaz, onun yanmasına göz yummaz. Mən də fədakarlıq edərəm. Amma cinayətə qol qoyarammı? İnanmıram. Ölkənin qanunları var, onları pozmaq olmaz. Mən həm də anayam, övladım hər kəsdən vacib və əzizdir”.

Rəqqasə Oksana Rəsulova: “Mən çoxdan başa düşmüşəm ki, heç kimə görə bu həyatda özünü qurban vermək olmaz. Əlbəttə ki, ailən bura aid deyil. Çünki heç kim o qurbanın cavabını verməyəcək. Ona görə də fədakarlıq etməyə dəyməz. Mən heç vaxt sevgilimin qaçmasına kömək etməzdim. Amma Fədayə xanım edibsə,  deməli, mərd qadındır. Ona yalnız səbir diləyirəm”.

Aparıcı Tahirə Məmmədqızı: “Fədayənin etdiyi fədakarlıq kimi qələmə verilir. Amma ortada cinayət məsuliyyəti var. Bir kişi o sevgiyə layiqdirsə, qadın fədakarlıq edər. Zaman sübut edib ki, qadınlar daha fədakardır, həyatlarını çox zaman qurban verirlər. Sevgi romanlarında, filmlərində də qadın fədakarlığı üstünlük təşkil edir. Bilmirəm, sevgilim üçün bu fədakarlığı edərdim ya yox. Sevən insanın gözü kor olur. Qadın anadırsa, övladını da düşünməlidir. Fədayə Laçın oğlunu fikirləşməli idi. O, eyni zamanda müdrik davranıb, sevgilisi qaçırtmağa kömək etmək əvəzinə onun içəridə qalmasına razı salardı. O zaman nə həbs olunardı, nə də sevdiyi şəxs ölərdi”.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN