Türkiyənin məşhur aktrisası Neslihan Atagül Bakının qonağıdır.
SonXəbərlər xəbər verir ki, “Altın kelebek” ödülləri ilə bağlı paytaxta gələn aktrisa bu gün keçirilən mətbuat konfransında jurnalistlərin suallarına cavab verib.
O, Bakını təmiz və gözəl şəhər adlandırıb: "İnanılmaz həyəcanlıyam. Yaxşı ki, Bakıya gəlmişəm. Paytaxtınıza ilk səfərimdir. Bu ölkəyə daha əvvəl niyə gəlmədiyimi düşünürəm. İş çoxluğundan gəlməyə fürsətim olmadı, amma ilk təklifdə məmnuniyyətlə qonağınız oldum. Bakı çox təmiz və səliqəli bir şəhərdir. Heyran olduğumu deyə bilərəm. Azərbaycanda sevildiyimi bilirdim, amma bu qədər çox sevənim olduğuna inanmırdım. Onu da indi öyrəndim”.



