SON DƏQİQƏ

Elcan: “Ev ilə efirdə fərqli davransam, biabır olaram”

Tarix:27-10-2017, 12:45

Aktyor Elcan Rəsulov rol aldığı “Zaur və Təhmin” filmindən bəhs edib.

Sonxeberler.info saytının suallarına cavab verən aktyor Mələk obrazını canlandırmasından danışıb: “Hərə mələyə bir cür yanaşır. Bu insanların ortaq nöqtəsini tapıb bir obraz ərsəyə gətirməli idim. Belə də etdim. Ən yaxşısını etməyə çalışmışam. Mənim canlandırdığım obraz mələk və yaddaşsızdır. Obrazı mənə uyğunlaşdırmışdılar. Düşünürəm ki, alınıb. Ildə bir filmə çəkilirəm. Təkliflər arasından bunu seçdim. İnanıram ki, seviləcək. Yeni təkliflər də var. Əvvəl ildə 1 filmə çəkilirdim. İndi  istəyirəm ki, çox filmə çəkilim”.

- Siz həmişə seçici davranmısınız. Hər filmə çəkilmək karyeranıza zərbə olmayacaq?

- Bu dəfə də seçici olacağam. Amma istəyirəm ki, bütün yaxşı filmlərə çəkilim.

- Tamaşaçılar o zaman bezməzmi?

- Mən çox efirdə olan adam deyiləm. Ona görə də tamaşaçıları yoracağımı düşünmürəm. Fərqli-fərqli filmlərə çəkilmək istəyirəm.

- “Maşın” şounun 14-cü sürətində siz də var idiniz, finala qədər getdiniz. Bu dəfəki buraxılışı necə qiymətləndirirsiniz?

- Bizdə oyun var idi, bu dəfə olmadı. Bizdə mən “Boz kordinal” idim. Indikində yox idi. Biz oyun forması qurduq, tamaşaçılara maraqlı oldu. Bu dəfə dəstəklədiyim meyxanaçı Vüqar idi. Hər dəfə onunla danışanda deyirdi ki, burda oyun qurmağa sistem yoxdur.

- Orada sənət adamları var ki, 3-4-cü dəfədir ki, oyundadır. Siz növbəti dəfə iştirak edərsiniz?

- Hər şey bir dəfə yaxşıdır. Ikinci dəfə olub, nəyisə düz etmərəm. Mənə xeyir gəlməz. Ona görə də ikinci dəfə o yarışmaya qatılmaram. Həm də tamaşaçılar mənim oyunuma bələd oldu. Onlar üçün maraqsız olaram.

- Şou kimilərinsə karyerasına zərbə vurur, kiminsə ulduzunu parladır.  Sizə nə qazandırdı?

- Tamaşaçı önündə bir, evdə başqa obrazda olan biri deyiləm. Hamı ilə eyni cürəm. Düşünürəm ki, ən yaxşısı budur. Insan çaşım efirdə evdəki kimi davranar və biabır olar. Özüm kimi davrandım, xalq da səmimi insanı sevir. Məni də səmimi olduğum üçün sevdilər.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN