SON DƏQİQƏ

Rəqqasə Aytən: “Müğənnilərimiz rəqs etməyi ayıb bilir, amma...”

Tarix:27-10-2017, 10:25

Rəqqasə Aytən azərbaycanlı qadın müğənnilərin rəqs bacarığından danışıb.

Sonxeberler.info xəbər verir ki, rəqqasə Günay İbrahimlini çox bəyəndiyini deyib: “Milli rəqsi bütün sənət adamlarımız gözəl oynayır. Son zamanlar onların məharətini toylarda görürük. Rəqs gərək ürəkdən gələ. Qurulan rəqsi əzbərliyib oynamaq süni yaranır. Bizim müğənnilər rəqs etməyi özlərinə ayıb bilir. Amma Şahiraya, Beyonsa baxsınlar. Şakira sonuncu klipdə o qədər gözəl rəqs edib ki, adam 10 dəfə baxmaq istəyir. Məncə, örnək götürsünlər. mahnıya uyğun hərəkətlər olmalıdır. Bilən rəqs etmək, bilməyən öyrənmək istəmir. Amma rəqs bacarığı da müğənninin üstünlüyüdür. Son zamanlar Günay İbrahimlinin rəqslərini görmüşəm. “O kimdir ki?” mahnısına çəkilən klipindəki geyimi, rəqsi superdir. Çox bəyəndim. Rəqsi də ritmə, mahnıya uyğundur. Manananı da bəyənirəm. İnanmıram ki, müğənnilərimiz əcnəbi ritmlərə oynaya bilmir. Məncə, efirdə göstərmirlər. “Eurovision” təmsilçimiz Aysel Teymurzadəni və Safura Əlizadənin rəqsini də müsabiqə zamanı bəyənmişdim. Müğənnilərimizə tövsiyə edirəm ki, işlərinə rəngarənglik qatmaq üçün rəqs etsinlər, mahnılara uyğun hərəkətlər öyrənsinlər”.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN