14 yaşlı model Vlada Dzyuba həddindən artıq işləməyin qurbanı olub.
SonXəbərlər Türkiyə mətbuatına istinadən xəbər verir ki, rus model Çində keçirilən moda həftəsində 12 saat podiumda qalıb. O daha sonra yorğunluqdan komaya düşüb. 2 gün reanimasiyadan qalan model həkim səylərinə baxmayaraq vəfat edib.
Gənc modelin anası Oksana da qızının səhhətinin podiuma çıxmağa münasib olmadığını, lakin buna baxmayaraq işləmək məcburiyyətində qaldığını bildirib: "Qızım mənə zəng edərək çox yorğun olduğunu və yatmaq istədiyini söylədi. Xəstəliyinin çox başlanğıcında olmalıydı. O xəstəxanada olanda yanına getmək üçün viza almağa çalışırdım. Sığortası olub-olmadığı haqqında da bir fikrim yoxdur".