Müğənni Natavan Həbibi bu gün “Crystal hall” səhnəsində konsert verəcək xalq artisti Aygün Kazımovaya atmaca atıb.
Sonxeberler.info xəbər verir ki, Natavan həmkarını onu təkrarlamaqda ittiham edib:
“Və budur, düz 6 gündən sonra möhtəşəm “Crystal Hall” səhnəsindəki konsertimizin baş tutmasının 3 ili tamam olacaq. Belə səhnələrin yalnız xaricdə deyil, Azərbaycanda da olması incəsənətimizə verilən dəyərin göstəricisidir. 2014-cü ilin yaradıcılığımda “Konsert ili” elan etmişdim. İstədim bir az keçmişə qayıdaq, nə də olsa, tarix təkrarlanır”.
Həbibinin sözləri Kazımovanın fanatlarını əsəbləşdirib. Hər iki məşhurun fanatları arasında mübahisə yaşanıb. Bu səbəbdən şərh bölümünü bağlayan
Natavan daha sonra ikinci paylaşım edərək hər kəsə uğur diləyib:
“Öncəki statusum bu qədər marağa, söz-söhbətə səbəb olacağını bilsəydim, çoxdan paylaşardım. Bu mənim yaradıcılığımdakı işlərimdən biridir, onu istənilən vaxt yaymağa haqqım var. 3, 5 və ya 10 il sonra…Və zaman anlayışı kimdəsə narahatlıq yaradırsa, o da şəxsi işləridir. Hər kəsin yaradıcılığında müvəffəqiyyətlər.
Allah heç kəsin əziyyətini yerdə qoymasın. Narahatlığa nə səbəb, nə də yer yoxdur. Kiminsə əziyyətini kiçiltməyək. Bu işin nə qədər çətin, əziyyətli və bahalı olduğunu bizdən başqa kimsə bilə bilməz”.
Qeyd edək ki, ötən il xalq artisti Aygün Kazımova ilə müğənni Natavan Həbibi arasında yaşanan 8 illik qalmaqala son qoyumuşdu. Xalq artisti “ATV maqazin onlarla” verilişində ona barışıq əlini uzadan Həbibinin jestinə müsbət cavab vermişdi.