SON DƏQİQƏ

Sosial şəbəkə profilləri ələ keçirilən məşhurlar...

Tarix:14-08-2017, 12:31

Aparıcı Afaq Gəncəlinin “İnstagram” profili ələ keçirilib. 550 min izləyicisi olan profil tamamilə silinib və bu izləyicilər arasında çaşqınlıq yaradıb. Məsələ ilə bağlı aparıcı açıqlama verərək bildirib ki, profilinin kimlər tərəfindən oğurlanmasından xəbərsizdir. Aparıcı hazırda bunu araşdırdığını deyib.

Qeyd edək ki, aparıcı Afaq Gəncəli profili oğurlanan ilk tanınmış deyil. İki ay öncə xalq artisti Faiq Ağayevin də “İnstagram” profili hakerlər tərəfindən ələ keçirilmişdi. Sənətçi bu barədə öz “Facebook” səhifəsində paylaşım edərək məlumat yaymışdı. Məlum olmuşdu ki, hakerlər xalq artistinin profili vasitəsi ilə canlı yayım təşkil edib, saxta məlumatlar paylaşdıqdan sonra profili dondurmuşdular. Lakin aparılan araşdırmalardan bir neçə saat sonra xalq artisti öz hesabını geri ala bilmişdi.

“Eurovision 2011”-in qalibi Eldar Qasımov da haker hücumuna məruz qalmış tanınmışlardan biridir. Belə ki, bu ilin aprel ayında ifaçının “İnstagram” səhifəsi erməni hakerlər tərəfindən ələ keçirilmişdi. Səhifəsində təxribat xarakterli məlumatlar paylaşıldığından Eldar Qasımov səhifəsinin şikayət olunması üçün “Facebook” vasitəsi ilə izləyicilərnə müraciət etmişdi. Bütün çağırışlardan və edilən şikayətlərdən sonra ifaçının səhifəsi deaktiv olunmuşdu.

Müğənni Günay İbrahimli də bu yaxınlarda haker hücumuna məruz qalmışdı. Sənətçinin 734 min izləyicisi olan “İnstagram” profili ələ keçirilmişdi.

Ötən ilin iyulunda isə Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin “İnstagram” profili oğurlanmışdı. Qeyd edək ki, həmin ərəfədə aktrisa sosial şəbəkədə paylaşımlarına görə tənqid olunurdu. Tənqidə tənqidlə cavab verən aktrisanın profili qısa bir zamanda hakerlər tərəfindən ələ keçirilmişdi.

Qeyd edək ki, son illərdə təkcə şou-biznes ulduzlarının deyil, həm də siyasi fəaliyyətlə də məşğul olan insanların sosial şəbəkə profillərinin oğurlanması adi hala çevrilib. Mütəxəsisslər qeyd edir ki, əgər profillər güvənlidirsə, istifadəçinin sosial şəbəkədə paylaşımı yerindədirsə, elementar təhlükəsizlik qaydalarına əməl olunarsa, şifrələrə ciddi nəzarət edilirsə, profili ələ keçirmək təhlükəsi az olur.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN