SON DƏQİQƏ

Alim Qasımov: “Bundan sonra sakit ömür sürüməyi arzulayıram…”

Tarix:14-08-2017, 15:30

Dünya şöhrətli muğam ustadı Alim Qasımov 60 illik yubileyi münasibəti ilə ötən gün “Şərəf” ordeni ilə təltif olunub.

Qeyd edək ki, Alim Qasımov 1957-ci il avqustun 14-də Qobustan rayonun Nabur kəndində anadan olub. Müxtəlif illərdə həm yerli, həm də xarici festivalların qalibi olan ifaçı 1999-cu ildə İMC UNESCO Beynəlxalq Musiqi Mükafatını alıb, Almaniyada musiqi medalına layiq görülüb. İfaları 47 Avropa ölkəsinin radiolarında səslənib. 2000-ci ildə isə  Avropa Nadir Səslər Assambleyasının üzvü seçilib. 2003-cü ildə yenidən Yunesko mükafatı alıb. 2009-cu ildə isə ABŞ-ın Corctaun Universiteti və  mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə dünyanın ən nüfuzlu 500 müsəlmanı arasındakı 4 azərbaycanlıdan biri olub.

Qeyd edək ki, Alim Qasımov hazırda Asəf Zeynallı adına Musiqi Məktəbində və Bakı Musiqi Akademiyasında çalışır. Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir.

Dünya şöhrətli ifaçı 60 illik yubileyi ilə bağlı təəssüratlarını musavat.com ilə bölüşüb:

- Yaş öz sözünü deyir. Çoxları deyir ki, özlərini bu yaşda hiss etmirlər. Amma hiss etdin, ya etmədin yaş öz işini görür. Bu 60 ildə həm xalq, həm də dövlət tərəfindən dəyər görmüşəm. Buna görə də ailəlikcə çox sevinirik ki, biz öz mükafatımızı almışıq. Ona görə də fəxrdir ki, çətinlikləri bu cür sevginin içərisində unutduq. Bundan sonrakı günlərimizdə də bütün çətinlikləri geridə qoyaq, Allah bizləri qorusun, əmin-amanlıq yaratsın.

- Bu yubileyiniz sizin üçün digərlərindən nə ilə fərqlənir?

- 60 illik elədir ki, bundan sonra maddi dünyadan bir qədər mənəvi dünyaya keçid prosesi var. Bundan sonra daha çox mənəviyyata diqqət edəcəm.

- Bu yaşdan sonra özünüzdə nələrisə senzura edəcəksizmi?

- Hə, əlbəttə ki... Allah səsimizə qüvvət versin, bundan sonra da işlər görə bilək.

- Bəs hazırda istirahətdəsiz, ya yaradıcılıqla məşğulsuz?

- Hazırda ailəmlə bir yerdəyəm. Artıq ailəyə qoşulmuşam, istirahət edirik.

- Gələcək planlarınızda nələr var?

- İndidən bu haqda danışmaq olmur. Amma özümün təxminən hansısa arzularım var. Bu da zamandan asılıdır. Yeni planlar olduqca tamaşaçılar, diləyicilər də xəbərdar olar, zövq alarlar.

- Arzularınız olduğunu dediniz, həmin arzular hansılardır?

- Ən böyük arzum budur ki, Allah məni canla, ailə ilə imtahana çəkməsin. Ölkəmizdə əmin-amanlıq olsun, mən də bundan sonra sakit bir ömür sürüm”.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN