SON DƏQİQƏ

Şəhriyar Əbilov: “Oksana ilə sevgili olacağam”

Tarix:3-08-2017, 14:09

Aktyor-aparıcı Şəhriyar Əbilov rol aldığı “Lal yuxu” serialından danışıb.

Sonxeberler.info saytına açıqlama verən aktyor bildirib ki, tam fərqli ekran işi ilə tamaşaçıların görüşünə gəlir: “OksiMedia production” ilə “Xəzər” televiziyasının ortaq layihəsidir. Ekran işinin rejissoru Xanlar Ağayev, prodüseri Oksana Rəsulovadır. Yeni mövsümdən “Xəzər” televiziyasında yayımlanacaq. Melodramadır. Tam fərqli ekran işidir. Düşünürəm ki, Türkiyə seriallarını ötüb keçəcək işdir. Baş qəhrəmanlardan birini də mən oynayıram. Adım Amirdir. Aylini sevirəm. Aylin obrazını da Oksana Rəsulova canlandırır. Bu rol arzuladığım sevgili-qəhrəman obrazıdır. Çoxdan arzusunda olduğum obrazdır. İnanıram ki, yeni işimizi tamaşaçılar dasevərək izləyəcək”.

Qeyd edək ki, Ş. Əbilov daha öncə “Üç badam, bir qoz”, “Şər qarışanda” , “Xoxan” filmlərində rol alıb.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN