SON DƏQİQƏ

Xəyyam: “Məni orada həyat yoldaşımla qoşa görəcəklər”

Tarix:3-08-2017, 15:25

Bir müddət öncə evlənən müğənni Xəyyam Nisanov şəxsi həyatından danışıb.

Sonxeberler.info saytına açıqlama verən müğənni xoşbəxt ailə həyatı olduğunu bildirib: “Bütün subaylara ailə həyatını məsləhət görürəm. Evlənmədən də öncə hər kəsə ailənin gözəl qurum olduğunu söyləmişəm. Hər kəsə ailə həyatı arzulayıram. Çox xoşbəxtəm”.

Müğənni toyunu gizli saxlamağının da səbəbini açıqlayıb: “İlk gündən demişdim ki, toy haqqında heç kimə deməyəcəyəm. Bilən jurnalist dostlarımdan da xahiş etdim, onlar da gizli saxladılar. Toy zamanı isə dostlarımdan fotoların yayılmamasını xahiş etdim. Amma dostlar məni dinləmədi. Sonra isə onlara xəbərdarlıq etməyi gərəkli saymadım. Yəqin məni çox istəyirlər ki, paylaşıblar. Bəzən mən də toylardan fotolar paylaşıram. Amma toy sahibi istəməsə, heç vaxt bu addımı atmaram, istəklərinə  hörmət edərəm”.

Xəyyam həyat yoldaşını mediadan uzaq tutan həmkarlarından da bəhs edib: “Hər kəsin şəxsi seçimidir. Amma mənim belə addım atmaq niyyətim yoxdur. Bizi lazımi tədbirlərdə qoşa görəcəksiniz”.

Müğənni yaradıcılıq planlarından da söhbət açıb: “Bu il solo konsertlə sevənlərimin görüşünə gəlmək istəyirəm. Ona görə yeni mahnılar yazdırıram, hazırlıqlar görürəm. Tamaşaçılarım qarşısına maraqlı konsertlə çıxmaq istəyirəm. Planlarımda yeni klip yoxdur. Avqustun əvvəlində Vaqif Gərəyzadədən mahnı təqdim edəcəyəm. Mahnı işıq üzü görəndən sonra klip barədə qərar verəcəyəm”.

Qeyd edək ki, Nisanov Nərmin adlı modellə ailə həyatı qurub.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN