SON DƏQİQƏ

Bakıda 500 musiqiçinin iştirak edəcəyi musiqi festivalına start verilir

Tarix:27-07-2017, 15:35

Bu gündən başlayaraq ölkəmizdə ikinci dəfə “Jara” musiqi festivalına start verilir. Qeyd edək ki, bu il Xəzərin sahilində yerləşən “Sea Breeze Resort” adlı istirahət mərkəzində baş tutacaq festivalda 500 musiqiçini iştirakı gözlənilir. Onların arasında dünyaca məşhur Alla Puqçova, Sofiya Rotaru, Filipp Kirkorov, Nikolay Baskov, Layma Vaykule, Qriqori Leps, Oleq Qazmanov, Emin Ağalarov və yerli müğənnilər olacaq.

Festivala 500 musiqiçidən əlavə 100-ə yaxın texniki heyət cəlb olunub. Hər gün festivalda 35-40 solo və duet nömrələri nümayiş olunacaq. Məlumata görə, istirahət mərkəzində çoxsaylı tamaşaçı tutumu olan fan-zona yaradılıb, VİP masalar istisna olmaqla, 2 min oturacaq quraşdırılıb.
Festivalın təşkilatçıları Emin Ağalarov, Qriqori Leps, Sergey Kojevnikov, aparıcıları isə Andrey Malaxov, Yana Çurikova və Maksim Qalkindir.

Artıq məşhurların bir çoxu Bakıdadır. İstirahət mərkəzində festivala hazırlaşan məşhurlar öz görüntülərini sosial şəbəkədə paylaşıblar.

Qeyd edək ki, bu gün festivalın açılış günündə səhnəyə Vera Brejneva, Qriqori Leps, “Serebro” qrupu, Aleksey Vorobyov, Loboda, Yolka, Mband qrupu, Ani Lorak, Valeriya, Anita Tsoy, Jah Xalib, Maks Barskix, Potap və Nastya, Monatik, “Vermya i Steklo”, Emin Ağalarov, Yeqor Krid, Mot və başqaları çıxacaq.

Sabah isə Sofiya Rotarunun 70 illiyi şərəfinə yubiley konserti olacaq. Konsertdə Potap və Nastya, Timur Rodrigez, Artik & Asti, Loboda, MBAND qrupu, Slava, Ani Lorak, Аlekseyev, Valeriya, Qriqori Leps, “Vremya i Steklo”, EMİN, İrina Dubtsova, Qlyk'oza, Nikolay Baskov və başqaları Sofiya Rotarunun məşhur mahnılarını müasir tərzdə ifa edəcək.

İyulun 29-da isə Alla Puqaçovanın yaradıcılıq gecəsi təşkil olunacaq. Onun ən məşhur hitlərini müasir tərzdə və dəbli aranjimanda Filip Kirkorov, A’Studio, Loboda, Qriqori Leps, Valeri Meladze, Emin Ağalarov, Ani Lorak, Dima Bilan, Layma Vaykule, Kristina Orbakayte, Oleq Qazmanov, Diana Arbenina, Aleksandr Panayotov, Slava və başqaları səsləndirəcək.

Festivalın bağlanış günü, 30 iyul tarixində isə iyulun Qriqori Lepsin gecəsi olacaq. Sergey Lazarev, IOWA, Dima Bilan, Nərgiz, Valeri Meladze, Loboda, Aleksandr Panayotov, Diana Arbenina, Emin, Nikolay Baskov, Qlyuk’oza, Soso Pavliaşvili, Stas Pyexa, Lolita, Maksim Fadeyev, Aleksandr Marşal və başqaları çıxış edəcək.

Xatırladaq ki, “Jara” festivalı ilk dəfə ötən ilin iyun ayında keçirilmişdi. Tədbir Azərbaycan Dövlət Televiziyası vasitəsi ilə canlı yayımlanmşdı. Festivalın ötən ilki aparıcıları şoumen Murad Dadaşov və məşhur aparıcı Andrey Malaxov olmuşdu. Ötən il yerli müğənnilərdən Zülfiyyə Xanbabayeva, əməkdar artist Tünzalə Aağayeva, “Eurovision” təmsilçimiz Səmra Rəhimli, “Rast” qrupu festivalda iştirak etmişdi.

Fəxri qonaqlar sırasında Rusiyadakı səfirimiz Polad Bülbüloğlu da var idi.

M. Quliyev

Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN