Mətbuatda, sosial şəbəkələrdə erməni qarmon ifaçısına sevgi nümayiş etdirdiyi üçün tənqidlərə tuş gələn müğənni Brilliant Dadaşova nəhayət ki, sükutu pozaraq sosial şəbəkədə paylaşım edib.
Müğənni barəsində yazılanları danaraq, bunu özünə qarşı “qara piar” olduğunu bildirib: “Əziz dostlarım, mənə “qara piar” edən “yalançı vətənpərvərləri” qınamayın. Döyüşlərin ən çətin və qızğın vaxtında səngərdə, döyüş meydanlarında əsgərlərimizə dəstək çıxışlarımdan yazmayacaqlar ki... Çünki göndərsən bunların heç biri o döyüş meydanlarına yaxın getməzdi”.
Xatırladaq ki, bir neçə gün öncə müğənni Brilliant Dadaşovanın sosial şəbəkədə erməni qarmon ifaçısı Varujan Şahbazyanın paylaşımına “super” deyə rəy bildirməsi ictimaiyyətdə tənqid olunub, geniş müzakirələrə yol açıb.
