SON DƏQİQƏ

Türk kinosunun əfsanəsi dünyasını dəyişdi

Tarix:11-07-2017, 13:36

"Türk kinosunun ağsaqqalı" adlandırılan Fikrət Hakan ağciyər xərçəngindən müalicə aldığı xəstəxanada həkimlərin bütün müdaxiləsinə baxmayaraq dünyasını dəyişib. 

 

SonXəbərlər-in məlumatına görə, teatr aktyoru olan 83 yaşlı Fikrət Hakanın əsl adı Bümin Qaffar Çıtanak olub.

 

Bümin Qaffar Çıtanak 23 Aprel 1934-cü ildə Balıkesirdə dünyaya gəlib.

 

1950-ci ildə "Üç göyərçin" adlı oyunla "Səs Teatrı"nda teatr səhnələrinə ilk addımını atıb. 1952-ci ildə "Köprüaltı uşaqları" adlı filmlə kinoya keçib. 163 film və serialda oynayıb. 1970-ci illərdə ssenarist, rejissor və prodüser kimi çalışıb. "Üç yoldaş" və "Keşanlı Əli dastanı" ilə böyük şöhrət qazanıb. Azərbaycan tamaşaçılarına o daha çox "Kayb olan yıllar" serialından tanış idi.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN