Müğənni-dicey Peris Hiltonun bacısı Niki Hilton ikinci dəfə ana olacaq.
SonXəbərlər axşam.az-a istinadən bildirir ki, 33 yaşlı Niki hamiləliyinin 4-cü ayındadır. Körpə gələn ilin əvvəlində dünyaya gələcək.
Paparassilər Nikini yunan şahzadəsi Olimpiyanın şərəfinə təşkil edilmiş gecədə görüntüləyiblər. onun böyüyən qarnı diqqətdən qaçmayıb.
Qeyd edək ki, Niki Hilton 32 yaşlı milyarder Ceyms Rotşildlə ailəlidir. Cütlük 2015-ci ildə ailə qurub. Onların Lili Qreys adlı bir qızı var.