SON DƏQİQƏ

"Onda məni qəhrəman eləmişdiniz, amma indi söyürsünüz

Tarix:7-07-2017, 15:56

Kamil yaxşılıq edib, amma sabah kimsə onu səhifəsində söyəcək. O da çıxıb onu söyəcək. Mən də yaxşılıq edirəm, insanlar tez unudur. Bir şey olan kimi başlayırlar söyməyə.

SonXəbərlər axşam.az-a istinadən bildirir ki, bu sözləri prodüser Tarix Əliyev (Tolik) İnstaqram səhifəsində yazıb.

İdmançı Kamil Zeynallının erməni silahlı qüvvələri tərəfindən vəhşicəsinə qətlə yetirilən 18 aylıq Zəhranın məzarını ziyarət etməsi və oradan şəkil paylaşması müzakirəyə səbəb olub.

Tolik onun adından Kamili qınaması ilə bağlı yalan xəbər yayıldığını söyləyib. O bildirib ki, idmançı ilə dostdur və onunla bağlı heç bir mənfi fikir söyləməyib:

"Sözü elə mənada deməmişəm. Mən varam və Kamillə dostam. Allah Zəhraya rəhmət eləsin. Yaddaşınızı təzələyin. Mən də keçən il Xaçmaza şəhidimizin qəbri üstünə getdim. Məni qəhrəman eləmişdiniz. Amma indi söyürsünüz.

Zəhra ölən günü restoranda müğənniləri yığıb klip təqdim edənləri gözləriniz görsün. Həmin gün bir şəkil paylaşmayan məşhurları görün. Məni tanıyan, onsuz da, tanıyır. Allah da ürəyimə görə verir, bəziləri kimi sürünmürəm.

Məni söyənlərə görə gərək hər dəfə şəhid qəbrini ziyarət etməyimi, solmuş bayrağı təzələməyi paylaşım. Gül aparıb öz yox, Azərbaycan xalqının adından qoydum. Amma bu xalq hər şeyi tez unudur. Üç gün sonra Zəhranı unudacaqsınız. Vətənim ayda bir və ya iki şəhid verir. Guya siz onların şəklini paylaşırsınız? Hamı İnsataqram-da qəhrəman olub. Bir əməlinizi göstərin".

Qeyd edək ki, Zəhra qətlə yetirilən gün müğənni Niyam Salami restoran açılışı etmiş və şou-biznes nümayəndələrini ora yığmışdı.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN