SON DƏQİQƏ

Lüks həyat sürən tanınmışlar mükafatlandırıldı – FOTOLAR

Tarix:6-07-2017, 16:17

Ötən gün şəhər otellərinin birində "Luxury Awards 2017" mükafatlandırma gecəsi keçirilib.

SonXəbərlər xəbər verir ki, Zirvə Ziyalılar Təşkilatının təşkil etdiyi mərasim Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlanılıb. Daha sonra

Ermənistan Silahlı Qüvvələrinin Füzulinin Alıxanlı kəndinə atdığı mərmi nəticəsində həyatını itirən 2 yaşlı Quliyeva Zəhra Elnur qızının ruhu bir dəqiqəlik sükutla yad edilib.

Samir Bayramlının aparıcılıq etdiyi mərasimdə stilistlər, vizajistlər, modelyerlər və həmçinin şou-biznesin tanınmış simaları mükafata layiq görülüb.

Təşkilatın vitse-prezidenti və tədbirin təşkilatçısı Ləman Mirtalıblı mükafatlandırma mərasimi barədə təəssüratlarını bölüşüb: “Zirvə Ziyalılar Təşkilatının 25 illik il dönümü münasibəti ilə 2-ci böyük mükafatlandırma mərasimi keçirilir. "Luxury Awards 2017" mükafat gecəsini lüks həyat sürənlər üçün nəzərdə tutmuşuq. Burada ölkəmizi ölkəxarici və daxili təmsil edən ictimai insanları,həkimləri, akademikləri, idmançılar, sənətçiləri mükafatla təltif edirik. Tədbirdə iştirak edən hər kəsə təşəkkür edirik”.

Gecədə xalq artistləri Firəngiz Mütəllimova, Məleykə Əsədova, müğənnilər Eldar Qasımov, Samir Cavadzadə, Nura Suri, Natavan Həbibi, Xəyyam Nisanov, rejissor Kənan M.M, modelyer Gülnarə Xəlilova və başqaları iştirak edib.

 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN