"O Səs Türkiyə"nin yeni sezonu üçün seçimlər başlayıb.
SonXəbərlər Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni sezonda Hadisə jüri masasında əyləşməyəcək.
İddialara görə, Acun İlıcalı Hadisənin yerinə münsif olması üçün Yıldız Tilbəyə təklif göndərib. İddialar arasında nəinki Hadisənin, Murat Boz xaric bütün münsif heyətinin dəyişməsi xəbəri var.
Məlumata görə, Yıldız Tilbə sözügedən təklifə müsbət yanaşıb və bu xəbəri eşidən Hadisənin qanı qaralıb.